Küçədə zorlanan qızlar karantin rejimini pozduqları üçün CƏRİMƏLƏNDİLƏR

Küçədə zorlanan qızlar karantin rejimini pozduqları üçün CƏRİMƏLƏNDİLƏR

Rusiyanın Krasnoyarsk şəhərində təcavüzə uğrayan 17 və 18 yaşlı qızlar barəsində izolyasia rejimini pozduqları üçün inzibati protokol tərtib olunub.

BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə "Taiga.info" nəşri Daxili İşlər Nazirliyinin şəhər idarəsinə istinadən yazır.

Belə ki, həmin vətəndaşlar barəsində 100-1000 rubl cərimə nəzərdə tutulur.

Onlara təcavüzdə ittiham olunan şəxslə bağlı da, cinayət işindən əlavə, karantin rejimini pozduğu üçün protokol tərtib olunub.

Məlum olub ki, daha öncə dəfələrlə məhkum olunan 1964-cü il təvəllüdlü təcavüzkar qızlardan mobil telefon və zinət əşyalarını oğurlayaraq hadisə yerindən uzaqlaşıb.

Natəvan Baxşiyeva

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 10250 Tarix: 12.05.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər