Bu ölkədə karantini pozanları "ruhlarla dolu evlər"ə salırlar

Bu ölkədə karantini pozanları "ruhlarla dolu evlər"ə salırlar

Müxtəlif ölkələrdə "COVİD-19"-la bağlı karantin rejimini pozanlara qarşı müxtəlif mübarizə üsulları var.

BiG.AZ-ın esoreiter.ru-ya istinadən verdiyi xəbərə görə, Yava adasının (İndoneziya) Sragen rayonunun rəhbərliyi izolyasiya qaydalarına riayət etməyənlərə qarşı olduqca maraqlı tədbirlər görür.

Belə ki, buradakı "cinayətkarlar" yaşayış olmayan, tərk edilmiş və ruhlarla dolu evlərə müvəqqəti olaraq yerləşdirilirlər.

Administrasiya başçısı Kusdinar Untunq Yuni Sukovati bu qəribə qərarı belə izah edir:

"İnsanlar virusdan qorxmurlarsa, tərk edilmiş evlərdə yaşasınlar. Bu evlərdə, yerli sakinlərin sözlərinə əsasən, ruhlar yaşyır. Biz qanun pozanlara yemək verəcəyik, lakin bu, onlar üçün yaxşı dərs olacaq".

Belə cəza növünə məhkum olanlardan birinin sözlərinə görə, qaldığı evdə ruhları görməsə də, orada yaşamağın özü çox qorxuludur.
 
Hindistanda isə karantini pozanlara müxtəlif idman hərəkətləri etdirirlər, hətta çubuqla da döyürlər.

Tirupur şəhərində isə polislər karantin qaydalarını pozan üç nəfəri "koronavirus xəstəsi" olan təcili tibbi yardım maşınına otuzdurmaq istəyiblər. Əslidə isə maşındakı "xəstə" sadəcə aktyor olub.

Pakistanda da qaydalara riayət etməyənləri oturub-durmağa, yerlə sürünməyə, yaxud narahat vəziyyətdə oturmağa məcbur edirlər.

Natəvan Baxşiyeva

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1418 Tarix: 11.05.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər