Ölümü xatırlamaq bədbinlikdirmi?

Ölümü xatırlamaq bədbinlikdirmi?Ölümü xatırladım bu gün. Ölümün də yaşam qədər həqiqi olduğunu və yaşamın bir parçası olduğunu xatırladım. Ölümün gəldiyi zaman qapının zilinə vurmayacağını xatırladım. Ölümün də qorxuducu olduğunu xatırladım. Vaxtsız ölümün ən betəri olduğunu, insanı yaşayan ölüyə necə çevirə biləcəyini xatırladım. Mən bu gün bir yuxu ilə ölümün də həyatdan olduğunu xatırladım.

Mənim nağılları əks etdirən dünyamda ölümə yer yox idi. Ölümdən heç bir zaman qorxmamışam. Gəlsə də, gəlməsə də mənim üçün bir fərqi olmayıb. Fəqət sevdiyim insanları itirməkdən, ölümün aramıza girməsindən çox qorxmuşam. Bu qorxunu belə nağıllar dünyam şüuraltıma süpürüb, üzdə məni belə bir şeyin əsla olmayacağına inandırıb. Nağılları əks etdirən həyat yaşamaq istəyənlərin səhvidir bu bəlkə də. Ölümlü dünyada ölümü unudaraq yaşamaq. Heç ölməyəcəkmiş kimi, sevdiklərimizlə yollarımız bir gün heç ayrılmayacaqmış kimi, sonsuz bir ömrü birlikdə paylaşacaqmışıq kimi yaşamaq. Bütün bunları sadəcə düşünmək deyil, həqiqətən belə olacağına inanaraq yaşamaq və bundan başqa bir reallığı heç təsəvvürə belə gətirməmək. Bu tip insanlar üçün ölüm başqalarında olduğundan daha sərt təsirlər buraxacaq. Özümdən bilirəm.

Bir gün bir imtahan zamanı müəlliməmə heç nigaran olmadığımı və həyəcanımın qəti olmadığını bildirdim. O isə mənim bu dediyimə sevinmək yerinə: "Ehtiyatlı ol, Şahanə! Sənin kimi insanlar an gəldiyində hədsiz həyəcanlı olur və qorxunu anda yaşayır" demişdi. Elə də oldu, inanırsanmı, əziz oxucu? Həqiqətən elə də oldu. İmtahan günü gəldiyində mən tamamilə fərqli birinə çevrildim. O gün dərk etdim. O imtahan həyatımın istiqamətini müəyyənləşdirəcəkdi və mən bunu o günə qədər heç anlamamışdım.

Ölümlə də eyni şeyi yaşayıram. Ölümü o qədər çox takmadan yaşayıram ki, hətta onu yox belə sayıram. Bu cəsarətim hardan gəlir? Ölümün də həyatdan olduğunu necə yox saya bilirəm axı? Niyə yox sayıram?

2020-nin bəlkə də ilk həyat dərsi oldu. Ölümü unutmadan, hər an öləcəkmişəm kimi, sevdiklərimi hər an itirəcəkmişəm kimi xatırlayaraq, özümə həyatı zindan edərək, nigarançılıq və qorxu içində yaşamaqdan bəhs etmirəm. Ölümü xatırlamaq ölüm qorxusu ilə yaşamaq demək deyil. Ya da ən azından mən bunu nəzərdə tutmuram. Ölümü unutmadan yaşamağı xatırlamaqdan bəhs edirəm. İçimdən gələn kimi, içimdən keçən kimi yaşamaq. Ehtiyaclarımı dinləyərək, sevdiklərimin dəyərini zamanında bilərək və göstərərək, xəyallarımı gerçəkləşdirməyə bir an belə itirmədən məhz elə bu gündən və bu andan başlayaraq, eləmək istədiklərimi ertələmədən durub eləyərək yaşamaqdan bəhs edirəm. Hazırda etdiyim kimi…

Söz verirəm, həyat: ölümü deyil, yaşamağı və yaşatmağı özümə xatırladaraq yaşayacağıma söz verirəm…

Yaşamağı birlikdə xatırlamaq diləyi ilə...

Şahanə Dostəliyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1612   Tarix: 08 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018