İtaliyada pandemiyanın ikinci dalğası daha ölümcül ola bilər - ARAŞDIRMA

İtaliyada pandemiyanın ikinci dalğası daha ölümcül ola bilər - ARAŞDIRMA

Böyük Britaniyadan sonra koronavirusdan ən çox ölümün qeydə alındığı İtaliyadakı vəziyyətlə bağlı araşdırma təşvişə səbəb olub.

“Report” “Telegraph”a istinadən xəbər verir ki, araşdırmanı London İmperial Kollecinin alimlər aparıb.

Araşdırmanın nəticəsinə görə, karantin rejimini yumşaltmağa başlayan İtaliyada insanların fəaliyyətinin 20%-lik artımı belə COVID-19-dan ikinci ölümcül dalğanın başlamasına təkan verə bilər.

Alimlərin hesablamalarına görə, ölkə əhalisinin 20%-nin normal həyata qayıtması daha 5 min nəfərin ölümünə səbəb ola bilər. Araşdırmanın nəticəsinə görə, karantin rejimim 40% yumşaldılması özü ilə əlavə 23 min ölüm gətirə bilər.

Xatırladaq ki, İtaliyada pandemiya qurbanlarının sayı 29 315 nəfərdir. Ölkədə indiyədək 213 013 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb. Onlardan 85 231 nəfər sağalıb.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1203 Tarix: 06.05.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər