Həbib Nurməhəmmədovun atasının vəziyyəti pisləşdi

Həbib Nurməhəmmədovun atasının vəziyyəti pisləşdi

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov Moskvadakı xəstəxanaların birinə aparılıb.

Məlumatı onun ailəsinin yaxın dostu verib.

O, Abdulmanap Nurməhəmmədovun xüsusi təyyarə ilə paytaxtdakı xəstəxanaya aparıldığını bildirib.

Ailənin yaxın dostu bir neçə gün əvvəl ata Nurməhəmmədovla danışdığını deyib: "Hər şey yaxşı idi və sağaldığını söylədi. Mayın 3-də yaxın qohumu bizə zəng etdi və dedi ki, özünü pis etdiyi üçün Moskvaya aparılıb".

Qeyd edək ki, Abdulmanap Nurməhəmmədov aprelin 26-da Dağıstanda xəstəxanaya yerləşdirilib. Onun hansı səbəbdən müalicə olunduğu məlum deyil.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: İdman Oxunub: 698 Tarix: 05.05.2020
Bu xəbərləri da oxuyun
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər