"Soyadlar məcburi olaraq milliləşdirilməlidir" - VİDEO

"Soyadlar məcburi olaraq milliləşdirilməlidir" - VİDEOÖlkəmizdə soyadların milli formaya keçilməsi məsələsi illərdir ki, müzakirə olunur. soyadlarımızın imperiya əsarətindən xilas olması məqsədilə bir sıra addımlar atılsa da, "ov", "yev" sonluqlarından xilas olanların sayı xeyli azdır. Statistikaya görə, bu günə kimi azərbaycanlıların 80%-ə qədəri -ov, -yev soyad sonluqlarını daşımaqdadır. Bəs bu problemin həll oluna bilməməsinin əsas səbəbi nədir?

Mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.

Rauf Arifoğlu – Jurnalist: "Əsas məsələ və problem ondan ibarətdir ki, dövlət bu məsələyə bir az liberal yanaşdı və məcburiyyət qoymadı, hər kəsi öz ümidinə buraxdı. Bunuda nəticəsi ondan ibarətdir ki, yalnız çox cüzi çox az bir hissə bu adlardan imtina edib".

Milli Məclisin deputatı Fazil Mustafa düşünür ki, bu məsələdə məcburiyyət olmamalıdır .

Fazil Mustafa – Milli Məclisin deputatı: "İnsanlara şans verilməlidir ki, onlar özləri könüllü şəkildə bu soyada keçsinlər. Məcburi qaydada keçmək olar amma məcburi qayda da bir çox insanlar dəyişimi hələki həzm etmək istəmirlər, ya da məqsədəuyğun saymırlar, nəsildən nəsilə ötürülən soyadı qorumağa daha çox üstünlük verirlər".

Lakin bu iddia ilə həmfikir olmayanlarda var:

Rauf Arifoğlu – Jurnalist: "Nə qədər gec olsa da, yenə olmalıdır, bu proses baş verməlidir, Azərbaycanı əhatə etməlidir. Azərbaycan parlamenti bununla bağlı bir qanun qəbul etməlidir, soyadlar məcburi olaraq milliləşdirilməlidir. Bu hər bir millət üçün bir identifikasiya kodudur, bu mütləq lazımdır".

Soyad məsələsində digər fikirayriligi yaranan məsələ milli sonluqlarla bağlidir. -li, -lu, -soy, -zadə kimi sonluqlat təklif edilir. Lakin Türkiyədə olduğu kimi sonluqsuz soyadlara üstükluk vərənlər də çoxalmaqdadır.

Fazil Mustafa – Milli Məclisin deputatı: "Mən prinsip olaraq öz soyadımda olduğu kimi heç bir şəkilçisiz soyadın qəbul olunmasına üstünlük vermişəm. Hər bir halda könül istərdi ki, hamı dəyişsin və milli soyadımız olsun amma bunu tədricən etmək və insanların öz iradəsinə buraxmaq məncə daha doğrudur".

Artıq bəzi possovet ölkələri "-ov", "-yev" sonluğundan imtina edib. Son olaraq isə Tacikistan oxsar addımı atıb. Ölkə rəsmiləri ruslardan qalma bu ənənəyə son vermək qərarına gəlib.

Rauf Arifoğlu – Jurnalist: "Bu adın dəyişməsi əslində kompleks sənədlərin dəyişməsinə gətirib çıxarmalıdır. Əgər vətəndaşın vizası varsa o vizaların da ləğvinə gətirib çıxarır, çünki sənəd dəyişir".

Qeyd edək ki, ötən il ərzində soyad sonluğunun dəyişdirilməsi üçün qeydiyyat orqanlarına 2308 müraciət daxil olub və onların hamısı təmin edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2075   Tarix: 05 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999