Uşaqları internetdən uzaq tutmaq lazımdır, yoxsa...?

Uşaqları internetdən uzaq tutmaq lazımdır, yoxsa...?Zamanəmizdə internet bizim evimizə kimi daxil olaraq, həyatımızın ayrılmaz hissəsinə çevrilib. Onun vasitəsilə bütün dünya sanki ovucumuzun içində yerləşib. Lakin, görkəmli şairimiz demiş, "bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir su da". Əlbəttə, internetin faydaları saymaqla bitmir, amma virtual həyata həddən artıq bağlılıq insanı real həyatdan uzaqlaşdırır və bir növ asılı vəziyyətə salır. Böyüklər bir yana, bəs onun uşaqlara təsiri barəsində heç düşünmüsünüzmü?

Uşaqların internet ilə əlaqəsi haqqında araşdırmalar daim aparılıb və internet daim inkişafda olduğu üçün araşdırmalar daha da artır.

90-cı illərdən həyatımıza daxil olan internet 2000-ci ildən bu günə qədər daha böyük çərçivədə inkişaf edərək, gündəlik həyatımzın ayrılmaz hissəsinə çevrilib. Artıq hər dəqiqəmizin internetdən asılı olması problem olaraq gündəmdədir.

Gəlin, bu məsələni birlikdə təhlil edərək "İnternetdən asılı qalan uşaqları necə müəyyən edə bilərik?" sualına aydınlıq gətirək.

Burada sizə 3-10 yaşlı uşaqlar haqqında apardığım araşdırmamı təqdim edirəm.

Uşaqların internetə bağlı olduqlarını necə bilə bilərik?

"Hər internetdən istifadə edən uşaqda internet bağlılığı var" demək doğru deyil. Uşağın internet bağlılığını müəyyən etmək üçün baxmaq lazımdır ki, gün ərzində uşaq internetdən nə qədər istifadə edir. Başqa sözlə, uşaq internet, telefon, kompüter və ya planşetə nə qədər vaxt sərf edir. Eyni zamanda, həmin bu vaxt onun gün ərzində edə biləcəyi digər işlərə - dərs, uşaqlarla oynamaq, gəzmək və digər sosial aktivliyinə - sərf etdiyi vaxtla müqayisə olunmalıdır.

Bunları nəzərdən keçirdikdən sonra, qərar verə bilərik ki, uşaq həqiqətən də internetdən asılıdır və gününün böyük hissəsini internetə bağlı olaraq keçirir, yoxsa yox.
Belə ki, uşaq internet başında uzun vaxt keçirirsə, internetdən kənar olan aktivliyə maraq göstərmirsə, səhər yuxudan qalxan kimi, axşam yatmazdan əvvəl ilk işi internetə daxil olmaqdırsa, internetə daxil olmasına icazə vermədikdə narahatlıq keçirirsə, depressiv ruh halına girirsə, tez-tez internetdə oynadığı oyun, maraq göstərdiyi şeylər haqqında danışırsa, telefonundan, planşetdən və s. uzaq qaldıqda əsəbi, gərgin olursa, yemək vaxtlarını internet başında keçirirsə, yemək yeməyə çağırdığınızda tox olduğunu deyirsə və s., deməli həmin uşaq internetdən asılı vəziyyətdədir.

İnternet asılılığının psixoloji və fizioloji ziyanları nədən ibarətdir?

Bəs uşaqların internetə bağlı qalmasının psixoloji və fizoloji ziyanları nədədir? Bir az bu barədə də danışaq.

Şübhəsiz ki, internetin müsbət tərəfləri çoxdur. Amma düzgün istifadə edilmədikdə müsbət tərəflərindən ikiqat artıq ziyanını görmək mümkündür. Ziyanlı təsirləri həm fizioloji həm də psixolojidir.

Fizioloji ziyanları bundan ibarətdir ki, telefondan (planşetdən və s.) uzun müddət istifadə etdikdə uşaq hərəkətsiz qalır. Bundan əlavə, şüalanma onda göz problemlərinə səbəb ola bilir. Həmçinin, gözlərdə yanma, boyunda ağrı və sərtləşmə, bədən duruşunda əyrilik, halsızlıq və s. kimi fizioloji hallar da müşahidə oluna bilir.

Psixoloji ziyanları isə ondan ibarətdir ki, uşağın ətraf aləmlə olan sosial əlaqələri kəsilir, məktəb və digər ictimai yerlərdə yaşıdları ilə ünsiyyət qurmaqda çətinlik çəkir, təkliyə meyilli olur, özünə qapanmağa başlayır. Bu isə uşağın diqqətinin azalmasına və aqresivləşməsinə səbəb olur.

Başqa bir misal gətirək: real həyatda uşaq yıxıldıqda əzilirsə, bunu hiss edir və ağlayır, lakin oyunlarda qəza verdikdə, heç nə olmamış kimi oyuna davam edir. Bu hal uşaqda şizofrenə bənzər vəziyyət yarada bilər (Şizofrenlər məntiqli dünyada deyil, öz dünyalarında yaşayırlar).

İnternetə bağlı uşaq sosial həyatında hansı problemlərlə qarşılaşır?

İnternetdən asılı olan uşaqların ailədə, məktəbdə, internetdən kənardakı dostları ilə münasibətləri pozulur, sosiallaşma ilə bağlı problemlər yaranır, aktivliyi azalır, onlar özlərini yaxşı ifadə edə bilmirlər və s.

Valideynlər bu kimi problemlərin qarşısını almaq üçün nə etməlidirlər?

• Uşaqlar həyətdə öz yaşıdları ilə birlikdə yaşlarına uyğun oyunlar oynasınlar.
Ailələri uşaqlarının sosiallaşması mövzusunda məlumatlandıran psixoloqların fikrincə, uşağın ehtiyacı olan şey kompüter və ya palanşet deyil, oyun oynamaqdır. Bu oyunu uşaq kompüterdə internet vasitəsilə deyil, həyətdə dostları ilə birlikdə oynamalıdır. "Uşağa həyətdə oynamağa icazə versəm, başına nə isə gələ bilər" narahatlığını hər bir valideyn yaşayır. Bu normaldır. Bu yolla övladımızı qoruduğumuzu hesab edirik, lakin bağlı bir qutunun içində saxladığımız uşaq həyatı üçün faydalı ola biləcək aktivlikdən məhrum olur. Beləliklə, illər sonra, hətta 40 yaşında heç bir işin öhdəsindən lazımınca gələ bilməyən fərdə çevrilir.
Bir nüansı anlamalıyıq ki, uşağın inkişafında həmişə hər hansı bir risk ehtimalı mövcuddur. Əgər uşaq inkişaf etdiyi dövrdə valideynlər doğru üsullardan istifadə etməsə, əhəmiyyətli nüansları görməzdən gəlsə, gələcəkdə daha böyük və qarşısıalınmaz fəsadlarla qarşılaşa bilərlər. Uşaqlar təkcə yaşıdları ilə deyil, valideynləri ilə də müxtəlif faydalı oyunlar oynamalıdırlar. Bu səbəbdən uşaq böyüdərkən və tərbiyə edərkən onu virtual aləmdə deyil, həqiqi dünyada mövcud olan oyunlara yönəltmək lazımdır.

• İnternetdən asılılığın qarşısını almağın yolu internetlə olan əlaqənin tamamilə kəsilməsi deyil. Bunun üçün uşağın internetdə oynadığı oyunların vaxtını dəqiq müəyyənləşdirib məhdudlaşdırmaq faydalı ola bilər. Bu üsulla övladınızın telefon və ya kompyuter başında keçirdiyi vaxtın azaldığını və asılılığın get-gedə zəiflədiyini müşahidə edəcəksiniz.

• Uşaq inkişafı mütəxəssisləri və pedaqoqların tam dəstəyi ilə hazırlanan "MentalUP" proqramı günlük istifadə müddətini məhdudlaşdırır və valideynlərin nəzarət və diqqətini artırır. Vaxtını "MentalUP" ilə keçirən uşaqlar əyləncəli fiziki hərəkətlər edir, faydalı məntiqi bacarıqlarını inkişaf etdirir, texnologiyanın zərərli təsiridən qorunmuş olurlar. Valideynlər də bu yolla uşaqların üzərindəki gündəlik nəzarətlərini davam etdirmiş olurlar.

Başqa nə edə bilərik?

• Əlavə olaraq qeyd edək ki, uşaq valideynin onu istiqamətləndirdiyi yöndən həzz almadığı üçün internetə bağlı olur. O, axtardığı əyləncəni internetdə tapdığı üçün içində asılılıq yaranır. Burada valideynlərin üzərinə düşən məsuliyyət bundan ibrətdir ki, uşağı dərs oxumağa əyləncəli üsullarla cəlb etsin, uşaqların öz yaşıdları ilə mütəmadi olaraq görüşməsi və sosiallaşması üçün şərait yaratsın, uşağı maraq göstərdiyi idman sahəsinə yönəltsin. Eyni zamanda internetdən necə istifadə etdiyini və kimlərlə ünsiyyətdə olduğunu da daim nəzarətdə saxlasın.

• Özünüz internetdə çox vaxt keçirirsinizsə, bu, uşağınızla birlikdə keçirəcəyiniz vaxta birbaşa təsir edəcək. Ona az vaxt ayırmış olduqda isə, o da alternativlərdən istifadə edəcək. Uşaqlarla olan münasibətlərdə valideynlərin unutduğu, lakin əhəmiyyətli bir nüans var: onların qarşılarındakı fərdin uşaq olması. Onları daim dərslərlə yükləmək olmaz. Uşaq oyun oynayar və valideynlər onlarına bunun üçün şərait yaratmalıdırlar. Uşaq dərsini də sevərək, əyləncəli şəkildə etməlidir (Finlandiya təhsilində bu üsuldan istifadə olunur). Uşaqla olan münasibətdə yalnız qaydalar və şüarlar olarsa, uşaq sizdən qaçmağa çalışacaq.

• Uşağın oynadığı oyunları mütləq izləyin, oyunda hansı şüuraltı siqnalların verilməsinə diqqət edin. Əksər hallarda uşaqlar həqiqətini anlamadan cinayət və şiddət tərkibli oyunlara meyl edirlər. Belə hallara fikir verin.

• 6 yaşa qədər olan uşaq gündə 45 dəqiqədən artıq internetdən istifadə etməməli, təkbaşına oyun oynamamalı, internetdə vaxt keçirməməlidir. Valideynlərin daim nəzarətində olmalıdır. Uşağa sadəcə qadağa qoymaq düzgün deyil, qadağaların səbəbini sadə şəkildə anlatmaq lazımdır. Səbəbini bildikdən sonra qadağanızı tədbiq edin. Məsələn, "Bunu etməkdə məqsədimiz sənin ziyan görməməyindir" deyin.

• İstedad genetik olaraq ötürüldüyü üçün valideynlər uşağın daha erkən yaşda istedad, bacarıq və marağının hansı sahəyə olduğuna diqqət yetirməli və onu bu istiqamətdə yönləndirməlidirlər. Unutmayın ki, uşaqlar təqlid edərək böyüyür və öyrənir.

• Adətən valideynlər başı qarışsın deyə telefon və ya planşeti hətta 2-3 yaşlı uşağın da ixtiyarına verirlər. Halbuki 3 yaşınadək uşağın internetdən istifadə etməsi, ümumiyyətlə texnoloji vasitələrlə əlaqədə olması məsləhət deyil. 6-10 yaş arası isə 1-1.5 saat internetdən istifadə etməsinə icazə vermək olar.

• Bəzi valideynlər hesab edir ki, kompüterdəki oyunlar uşaqlar üçün faydalıdır. Lakin uşağın toxunaraq, sosiallaşaraq, təmiz havada, parkda oynadığı oyunların yerini heç bir virtul oyun vermir. Təbii ki, canlı oyunlar uşaqların inkişafına kompüter oyunlarından daha faydalıdır.

• Araşdırmaların birində deyilir ki, narkotiklə internet asılılığı beynin eyni hissəsinə ziyan vurur. İnternetdə çox vaxt keçirənlərin beyinlərində bir sıra sinir hüceyrələri inkişaf etmir. Valideynlər uşağı çox qoruyub evə qapadıqda uşaq özünə qapanır, bu isə yenə də içindəki "boşluğu" internetlə dolduraraq, burada daha çox vaxt keçirməsinə səbəb olur.

• Unutmayaq ki, bütün sadaladıqlarımıza baxmayaraq, interneti tamamilə qadağan etmək mümkün deyil, sadəcə düzgün tənzimləmək lazımdır. İnternetdə uşaqları şiddətə, intihara sövq edən bir çox informasiya mövcuddur. Bunu da nəzərə almaq lazımdır...

Fəxrəddin Laçınlı
Rəqəmsal Rəbitələr Üzrə Araşdırmaçı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2417   Tarix: 05 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Dəri problemləri və saç tökülmələri ginekoloji xəstəliklərin əlaməti ola bilər" - VİDEO

"Dəri problemləri və saç tökülmələri bəzən hansısa ginekoloji xəstəliklərin əlaməti ola bilər". xəbər verir ki, bu sözləri mama-ginekoloq Şölə Əkbərova MediaPost TV-də çıxışı zamanı bildirib. Dəri problemlərinin yetkinlik dövrünə təsadüf etdiyini bildirən həkim, yanlış aparılan müalicələri

31.08.2021 1465
.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882
.

Koronavirusa qarşı 7 peyvənd vurdurdu

Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun

26.08.2021 986
.

Həddən artıq arıq olmaqdan bezmisiniz?

Samyun Wan məhsul haqqında. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. Samyun wan İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini

08.09.2021 1767
.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311
.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798
.

Qadınlarla bağlı ŞOK ARAŞDIRMA: Bu qorxulu proses ölüm riskini 14-21 faiz artırır

Orta yaşda təəccüblü şəkildə boy itkisi yaşayan qadınlarda ürək-damar xəstəliyinə bağlı erkən ölüm ehtimalının arta biləcəyi xəbərdarlığı edilib. "British Medical Journal"da dərc olunan elmi məqalədə qadınlarda orta yaşda boy itkisi ürək-damar narahatlığına bağlı erkən ölüm riskinin yüksəlməs

21.08.2021 1128
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B

12.09.2021 1388
.

Yemiş yeyənlər bu xəstəliklərdən uzaqdırlar

Yay aylarında qarpızdan sonra ən məşhur meyvə sayılan yemiş bədəni sərinlədir və rahatlıq verir. Yemişin tərkibi bol su ilə yanaşı, yod və xrom mineralları, A və C vitamini ilə də zəngindir. Yemiş gözdə katarakta yaranmasının qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, sidikqovucudur

15.08.2021 2008