Dövlət Vergi Xidmətinin əməkdaşları rüşvətə görə tutuldu

Dövlət Vergi Xidmətinin əməkdaşları rüşvətə görə tutulduÖlkəmizdə əhalinin sosial rifahına kölgə salan korrupsiya və rüşvətxorluq kimi mənfi amillərə, o cümlədən müxtəlif sahələrdə korrupsiya hüquqpozmalarına və onları törətmiş vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsinə müvafiq olaraq kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir.

Baş Prokurorluğun və İqtisadiyyat Nazirliyinin mətbuat xidmətlərinin BiG.AZ-a daxil olan birgə məlumatında bildirilir ki, dövlətimizin başçısı tərəfindən bu istiqamətdə qarşıya qoyulmuş vəzifələrin icra edilməsi məqsədilə şəxsi maraqlarını güdməklə dövlət məmurunun peşəkar davranış qaydalarına və etik normalara riayət etməyən, korrupsiya cinayətləri törətmiş vəzifəli şəxslərin qanun qarşısında ifşa və məsuliyyətə cəlb edilməsi istiqamətində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən ardıcıl və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Özlərini Vergilər Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslərin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri aparılıb.

Araşdırma zamanı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin əməkdaşları Azər Allahverdiyevin və Cahid Tahirovun qabaqcadan əlbir olaraq vətəndaşa məxsus çörək sexinə gələrək cari il ərzində vergi yoxlamalarının keçirilməməsi müqabilində 6000 manat məbləğində pul tələb etdiyi müəyyən olunub.

Xüsusi texniki vasitələrdən istifadə edilməklə aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hər iki vəzifəli şəxs həmin məbləğin bir qismini mayın 4-də rüşvət kimi alarkən cinayət başında yaxalanıblar.

Faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3-cü (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Həmin cinayət əməlinin A.Allahverdiyev və C.Tahirov tərəfindən törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən onlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 789   Tarix: 05 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah temperatur 31 dərəcəyə qalxacaq

Aprelin 25-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

24.04.2024 506
.

Qəzzada 34262 nəfər həyatını itirib

İsrailin 201 gündür hücumlarını həyata keçirdiyi Qəzzada 34262 nəfər həyatını itirib. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 201 gündür hücumları ilə bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlard

24.04.2024 222
.

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO

Sosial şəbəkələrdə videoları ilə milyonlarca baxış toplayan Ümüd adlı körpənin kirpikləri hər kəsin diqqətini cəlb edib. Onun atası bildirib ki, bir çoxlarının təəccüblə izlədiyi kirpiklər onların ailəsi üçün adiləşib:. "Millətə qeyri-adi görünsə də, bizim üçün adi haldır. Nəsildə də var. İrsi olduğ

24.04.2024 1167
.

"Azərbaycan dünyanın beyin mərkəzlərinin əsas toplantı nöqtələrindən biri halına gəlib" - Politoloq

"COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb. Səfərdə 30 ölkədən 64 beyin mərkəzinin nümayəndəsi iştirak edir. Mövzu ilə bağlı -a danışan politoloq Tural İsmayılov bildirib ki, Azərbaycanın dünyada hörmətə malik olan, həm indi

24.04.2024 292
.

İsraildə həbsdə olan fələstinlilərin sayı 3660 nəfəri ötüb

İsrail həbsxanalarında inzibati həbs olunan fələstinlilərin sayı artıb. BİG.AZ xəbər verir ki, həbsxanada olanların sayı 3660 nəfərə çatıb. Bu barədə Fələstin Əsirlər Assosiasiyası və Fələstin Azadlıq Təşkilatının Əsir və Azad edilmişlər üzrə Komitəsi bəyanat yayıb. Qeyd edək ki, fələstinlilərə qarş

24.04.2024 153
.

Firuzə İbadova Cavanşir Məmmədova görə səhnədən gedir? - Açıqlama

Əməkdar artist Firuzə İbadova duet ortağı, Əməkdar artist Cavanşir Məmmədovun ölümündən sonra səhnəni tərk etməsi haqda yayılan xəbərlərə münasibət bildirib. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşım edərək xəbərin təhrif olunduğunu bildirib:. "Firuzə İbadova Cavanşir Məmmədov üçü

24.04.2024 494
.

İtaliya Rəqabət Təşkilatından Amazona 10 milyon avro cərimə kəsilib

İtaliya Rəqabət Təşkilatı (Antitrust-AGCM) ABŞ-da fəaliyyət göstərən onlayn satış platforması Amazon-u ədalətsiz kommersiya təcrübələrini əsas gətirərək 10 milyon avro cərimələyib. xəbər verir ki, Rəqabət Qurumunun verdiyi yazılı açıqlamada Amazonun İtalyan internet saytında bir çox məhsul üçün satı

24.04.2024 186
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. BİG.AZ xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24.04.2024 186
.

Rusiya: "ABŞ-nin Ukraynaya göndərəcəyi silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək"

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ-nin Ukraynaya göndərməyə hazırlaşdığı silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək. xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb. "Münaqişə bölgəsindəki vəziyyət çox aydındır. Bununla belə, yəqi

24.04.2024 241