Pandemiya dövründə maşın bazarı: qiymətlər necədir? - REPORTAJ

Pandemiya dövründə maşın bazarı: qiymətlər necədir? - REPORTAJKoronavirus pandemiyasının vurduğu zərərlər avtomobil bazarından da yan keçməyib.

BiG.AZ APA TV-yə istinadən xəbər verir ki, ölkədə tətbiq edilən xüsusi karantin rejimi ərəfəsində avtomobil bazarı da bağlı qalan sahələr sırasında idi.

Bəs fəaliyyəti aprelin 27-dən bərpa olunan bu sahədə dirçəlmə varmı? Ümumiyyətlə, onlayn satışa icazənin olması bu bizneslə məşğul olan şəxslərə fayda veribmi?

İndiki vəziyyəti öyrənmək, eləcə də bu suallara aydınlıq gətirmək üçün üz tutduq avtomobil satışı ilə məşğul olan salonlara. Bir-birindən fərqli qiymətə təqdim edilən modellərə maraq azalıb desək, yalan olmaz. Belə salonlardan birinin marketinq rəhbəri olan Rüstəm Əliyev karantin dövründə xeyli sayda alıcı itirdiklərini deyir: "Pandemiya ərəfəsində camaat evdə qalanda biz xeyli müştəri itirdik. Gələn zənglər çox oldu, salona gəlib avtomobillərə baxmaq istəyənlər oldu. Ancaq ümumi karantin rejimi ilə əlaqədar olaraq çox insan gəlib baxa bilmədi avtomobillərə və bu da müştəri itirməyə səbəb oldu. Ancaq indi təxmini faiz nisbəti ilə götürsək, 20-25% canlanma var. Ancaq vəziyyət belədir ki, kredit, lizinq olmadığına görə, nağd satış olduğuna görə canlanma o qədər də təsir göstərməyib".

Qiymətlərə gəlincə, salonun marketinq rəhbəri avtomobil almaq istəyənlər üçün o qədər də əlçatmaz qiymətlər olmadığını, hətta bir çox modellərin maya dəyərinə satdıqlarını açıqladı: "Qiymətlərin artımı haqqında belə deyim sizə, bizim sifarişlər yolda olan avtomobillərimiz var, onlar gəlir. Onlarda qiymətdə heç bir dəyişiklik yoxdur. İqtisadi vəziyyət, dollardan asılı olmağımız göstərir ki, əgər dollar qalxsa, onda da bizdə qiymətlər o faizlə qalxacaq. Amma bizdə avtomobillər var ki, öz maya dəyərinə satılır".

Bakı Avtomobil Satış Mərkəzi karantin müddətində bağlı olduğunu məlumat lövhəsində əksini tapan yazı ilə öz müştərilərinə elan edib. Salonlara verilən icazə isə burada fəaliyyət göstərən satış mərkəzlərinin bazarına hələ ki, rəng qatmayıb.

Onlayn avtomobil satışı ilə məşğul olan saytlardan birinin rəhbəri Əli İbrahimov deyir ki, karantin müddətində maşın almaq istəyən alıcılar çıxış yolu kimi internet üzərindən təklif olunan avtomobillərə üz tutublar: "Həll yolunu insanlar onlayn satışda əldə etməyə çalışdılar. Avtomobil satışı da belədir ki, onlayn satış üzərindən həyata keçirilsə belə, avtomobil onlayn olaraq tapılır, qiymətlər razılaşdırılır, telefonla görüşlər aparılır və yekunda avtomaşına baxış keçirilməlidir. Bəyəndikdən sonra yekun mərhələ olaraq bunlar getməlidirlər notarusa alqı satqı etməlidirlər. Ən son mərhələ yerinə yetirilə bilmədiyi üçün ona görə də avtomobil alqı-satqı sıfır vəziyyətindədir".

Əli İbrahimovun sözlərinə görə, salonlarda olan qiymət düşümü internet üzərində olan satışda özünü bir o qədər də göstərmir: "Vəziyyətin bu halda olması insanlarda bir az çaşqınlıq yaratdı. Adamlar avtomobilləri satıb-satmamaq arasında qərarsız qaldılar. Çıxan yeni qərarlara uyğun olaraq addım atmaq istədilər. Onlar da səhifələrə reklam versələr də, baha qiymətə qoydular elanları. Çünki müştəri düşərsə satacağam, satsam da baha qiymətə satım. Həm də satmamaq fikri var. Niyə satım? Bilmirəm sabah nə olacaq. Ona görə də bu kimi natamam tarazlıqlar qiymətlərin bahalaşmasına gəlib çıxdı".

Sayt rəhbəri deyir ki, karantin müddətində kuryerlərin işlərinin çox olması çatdırılma işlərində ən əlverişli hesab olunan motosiklet, moped və velosipedlərin satışını yüksəldib: "Velosipedlərə, mopedlərə tələbat artdı. Ona da çox tələbat deməzdim. Bir sektora 2-3, elə sektor var 1 mopedlə 5-6 velosiped almaqla işlərini həll etməyə çalışdı. Amma təbii ki, avtomobillərdən bir addım önə keçdi moped və motosiklet sektoru".

Ümumiyyətlə, bəzi ekspertlər hesab edir ki, yaxın bir neçə ay ərzində avtomobil bazarında vəziyyətin düzələcəyinə ümid etmək olmaz. İqtisadi durumun geriləməsi bu sahənin hələ bir neçə ay passiv qalacağını göstərir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2683   Tarix: 03 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İdarəetməni itirən yük maşını 11 avtomobili vurdu

Türkiyənin İstanbul şəhərində idarəetməni itirən yük maşını qəza edib. xəbər verir ki, qəza zamanı yük maşını 11 avtomobili vurub. Qəzadan sonra isə 4 mərtəbəli binanın girişindəki iş yerinə girib. Hadisənin baş vermə videosunu təqdim edirik:

23.04.2024 202
.

"Məhsul" stadionu təmir olunur? - Video

Yasamal rayonunda "Məhsul" stadionu kimi tanınan ərazi illərdir baxımsız vəziyyətdədir. Burada heç bir təmir-tikinti işi aparılmayıb. Lakin bir neçə gündür ki, stadionun futbol meydançasına giriş lentlərlə məhdudlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər İTV-d

23.04.2024 246
.

"Şöhrətim məndən balamı aldı"

"Həyatımda "yaxşı ki"lər çoxdur, amma bir "kaş ki" də oldu. Bu isə istəməyərəkdən oldu. Səhnədəki Nazpəriyə məsləhətim, hamıya inanma. Çünki bunun ucbatından problem yaşayır. Elə insanlar var ki, onlara inanmaq olmaz. Bu mənim Nazpəriyə ən böyük tövsiyəmdir. Ətrafımda etibarlı

23.04.2024 614
.

Nigeriyada silahlı hücum nəticəsində 15 nəfər ölüb

Nigeriyanın Katsina əyalətində silahlı hücum nəticəsində 15 nəfər ölüb. xəbər verir ki, silahlı şəxslər Katsina əyalətinin Kankaridə hücum həyata keçirib. Hücumda 15 nəfər həyatını itirib, çoxu qadın olmaqla çoxlu adam qaçırılıb. Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələr, həmçini

23.04.2024 111
.

Azərbaycanda DƏHŞƏT: 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürüldü - FOTO - VİDEO

Azərbaycanda 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürülüb. xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan Tehran adlı qadın bildirib. Qadın söyləyib ki, oğlunu 3 ildir ki itirib:. "Oğlumu öz kiçik bacımın qızı ilə evləndirmişdim. Mən

23.04.2024 913
.

"Moskvada mühüm görüşün pərdəarxası məqamları" - Politoloq detalları açıqladı

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

23.04.2024 307
.

Toya gələn bəy və gəlin qəzada öldü - ANBAAN VİDEO

Gəlini toyun keçiriləcəyi şadlıq evinə helikopterlə aparmaq istəyən bəyin bu sürprizi faciə ilə nəticələnib. -a istinadən xəbər verir ki, hadisə Braziliyada meydana gəlib. Helikopterin qəzaya uğraması nəticəsində bəy və gəlin, pilot və gəlinin qardaşı, həmçinin toy fotoqrafı həyatını itirib. Sözügedə

23.04.2024 736
.

"Oğluma Ali Baş Komandanın adını verəcəyik" - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün işğaldan azad edilmiş Xankəndidə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, Səadət Namazlı və Abbas Abdullayevin ilk övladı olan körpə Xankəndi şəhərindəki tibb müəssisəsində doğulub. Körpənin atası saytımıza açıqlamasında bildirib ki, onların oğla

23.04.2024 578
.

Ukrayna: Rusiya Kiyevə və 3 vilayətə dron və raketlərlə hücum edib

Rusiya Ukraynanın paytaxtı Kiyevə, eləcə də Mykolayiv, Odessa və Çerkasya vilayətlərinə dron və ballistik raketlərlə hücum edib. BİG.AZ xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb. Məlumata görə, Rusiya Kiyevə və 3 vilayətə dron və raketlərlə Rusiya bu gecə Ukrayn

23.04.2024 114