Bu kəndlərdə nəinki internet, telefon xətti belə yoxdur – VİDEO

Bu kəndlərdə nəinki internet, telefon xətti belə yoxdur – VİDEOKəndlərdə telefon xətlərinin olmaması sakinlər üçün bir sıra problemlər yaradır. Onlardan ən başlıcası karantin rejimi dövründə hər şeydən onlayn formada istifadə edildiyi bir vaxtda internetin olmaması ilə bağlıdır.

Məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.

Sakin: "Gətirib avadanıqları quraşdırıblar, gör neçə ildir yağışın altında yatır elə. Niyə o orda xarab olsun ki? Bu dəqiqə məktəblilərin internetlə dərs keçməsi məsələsi var amma bizim kəndin uşaqları bundan məhrum olublar".

İllərdir xüsusilə kəndlərdə yaşanan internet problemi artıq karantin dövründə özünü daha qabarıq formada göstərir. İnsanların evlərində qalması bu əlaqə növünü ən önəmli vasitəyə çevirib. Ancaq bəzi kəndlərdə ya internetin özü yoxdur, ya da adı var özü yoxdur.

Sakin: "İki dəfə gəlmişdilər bura, siyahıya aldılar, amma hələ ki, bir səs çıxmayıb. Mobil telefona da vəsait köçürürsən, sərf eləmir, amma evdə olsa, ürəkli danışarsan. Bilərsən ki, mobildən daha sərfəlidir".

Tələbə, şagird və müəllimlərin karantin rejimi dövründə bütün dərsləri onlayn formada keçirməsini nəzərə alsaq, deməli heç də bütün şəxslər bu imkanlardan yararlana bilmirlər. Bu da əlavə problemlərin yaranmasına gətirib çıxarır.

Sakin: "Oğlum tələbədir, data kart alır, 3 gün istyifadə edə bilir. İndi pul hardadır ki, data kart alsın bu. Müasir dövrdə artıq bütün işlər internetlədir, ona görə də mütləq lazımdır".

"Aztelekom" MMC-dən bildirdilər ki, layihələr növbəlilik əsasında icra olunur, sakinlərin telekommunikasiya xidmətlərinə olan tələbatları da buna uyğun ödəniləcək.

Emin Quliyev - "Aztelekom" MMC-nin şöbə müdiri: "Regionlarda telekommunikasiya xidmətlərinə olan tələbatın ödənilməsi və keyfiyyətinin artırılması məqsədilə Aztelekom tərəfindən bir sıra layihələr həyata keçirilir. Görülən planlı işlər Şəki rayon ərazisində də aparılır. Bu gün demək olar ki, rayonun bütün yaşayış məntəqələri telefonlaşdırılıb. Eyni zamanda rayon mərkəzi daxil olmaqla, 35 yaşayış məntəqəsində geniş zolaqlı internet xidmətləri göstərilir. Və bu rəqəmin artırılması üçün artıq layihələr hazırlanıb".

COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə mart ayından respublika ərazisində bir sıra müvəqqəti məhdudiyyətlər tətbiq edilməsi planlaşdırılan layihələrin icra müddətinə də təsir göstərib.

Emin Quliyev - "Aztelekom" MMC-nin şöbə müdiri: "Təcrid müddətində əhalinin evdə qalması sözsüz ki, genişzolaqlı xidmətlərə olan tələbatını nəzərəçarpacaq dərəcədə artırır. Şəbəkənin yüklənməsini nəzərə alaraq, xidmətlərin dayanaqlığını təmin etmək məqsədilə texniki heyət gücləndirilmiş iş rejimində çalışmaqdadır".

Bu problem tək kəndlərdə yox, yeni salınan yaşayış massivlərində özünü göstərir. Görünən odur ki, sakinlər işlərin mərhələli şəkildə həll olunacağı günə qədər səbr etməli olacaqlar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2687   Tarix: 01 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

14:20 0
.

İnsult keçirən Əməkdar artist xəstəxanadan evə buraxıldı

Əməkdar artist Kifayət Gəncəli müalicə aldığı xəstəxanadan evə buraxılıb. Bu barədə "Report"a Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib. O bildirib ki, K.Gəncəli xəstəxanaya yerləşdirildikdən sonra ona işemik insult diaqnozu qoyulub:. "O, səhhəti yaxşılaşdığında

27.03.2024 300
.

"Crocus City Hall"un bərpası neçə milyona başa gələcək? - Emin Ağalarov AÇIQLADI

"Crocus City Hall"ın konsert zalının yenidən tikintisi 150 milyon dollara (təxminən 255 milyon AZN) başa gələcək. Bunu "Crocus Group"un sahibi Araz Ağalarovun oğlu, "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov deyib. Onun sözlərinə görə, 15 il əvvəl kompleksi

16:01 0
.

"Ermənistanın KTMT təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi" - Politoloq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il "Rubej 2024" adlı birgə təlim də daxil olmaqla yeddi təlim keçirəcək.Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan

15:38 0
.

Eyni ailənin 6 üzvü öldüyü qəzanın görüntüləri ortaya çıxıb - VİDEO

Eyni ailənin 6 üzvünün öldüyü fəlakətli qəzanın görüntüləri ortaya çıxıb. BİG.AZ xəbər verir ki, hadisə Türkiyədə baş verib. Yol-nəqliyyat hadisəsinin təhlükəsizlik kamerası vasitəsi ilə qeydə alınıb

17:27 0
.

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub. Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, martın 18-22-də Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 67-ci sessiyası keçirilib. İclasda Azərbaycanı baş prokuroru

15:32 0
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

16:43 0
.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

12:28 0
.

Dilan Polatın "qara qutusu" Şule əvvəl villa aldı, sonra gecə klubu açdı

Dilan Polatın özbəkistanlı köməkçisi Xaydarova deportasiya edildikdən sonra ölkəsində gecə klubu açıb. xarici mediaya istinadən xəbər verir ki, Dilan Polatın qara qutusu kimi tanınan özbəkistanlı köməkçisi Şulə gecə klubu açıb. Ölkəsinə qayıdarkən təyyarədən çəkdirdiyi TikTok videosunu "Millət olara

12:09 0