Azərbaycanda leysan və dolu - FAKTİKİ HAVA

Azərbaycanda leysan və dolu - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin aprelin 28-i saat 21:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Xaçmaz, Quba, Qusar, Xaltan, Lerik, Kişçay (Şəki), Sarıbaş (Qax), Xınalıq, Şabran, Nabranda yağış, Şahdağ və Qrızda qar yağıb. Şimal-qərb küləyi arabir Tərtərdə 27 m/s, Naftalanda 26 m/s, Gəncə, Neftçalada 20 m/s, Bakıda 30 m/s, Sumqayıtda 24 m/s, Maştağada 19 m/s, Zabratda 18 m/s, Neft Daşlarında 17 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürluyu 2.8 metrə çatıb.

Girdimançayda (İsmayıllı) güclü leysan yağış, dolu ilə müşahidə edilib. Yağıntının miqdarı 20 mm, dolunun diametri 2 mm olub.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3078 Tarix: 28.04.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər