Ramil Quliyev: "Azərbaycan dilini bir az unutmuşam"

Ramil Quliyev: "Azərbaycan dilini bir az unutmuşam""Karantin başlayanadək evdə çox olmurdum. Çünki il ərzində bəlkə də bir ay evdə qala bilirdim. Hər zaman təlim-məşq toplanışında idim, yığmanın hazırlıq proseslərinə qatılırdım".

"Report" xəbər verir ki, bu fikirləri Türkiyə millisinin heyətində 200 metr məsafəyə qaçışda Avropa və dünya çempionu olan azərbaycanlı atlet Ramil Quliyev "İdman TV"də yayımlanan "Evdə qal, idmansız qalma!" verilişində deyib.

30 yaşlı idmançı Azərbaycan dilini unutmağa başladığını etiraf edib: "2011-ci ildən Türkiyədə yaşayıram. Ətrafdakı insanlarla eyni dildən istifadə edirik. Ona görə də Azərbaycan dilini bir az unutmuşam. Amma praktika lazımdır. Danışsam, bir ay və ya 2-3 həftəyə yenidən öz dilimə uyğunlaşa bilərəm".

Quliyev Türkiyə hökumətinin qərarı ilə həftəsonunadək evdən çölə çıxa bilməyəcəklərini xatırladıb: "Hazırda Türkiyədə karantin rejimidir. Hamı evdə oturur. Bu gün uşaqların bayramıdır. Bu həftəsonuna qədər evdə olacağıq. Çölə çıxa bilmirik".

Təcrübəli atlet bildirib ki, 2018-ci ildə proqramı dəyişdirdiyi üçün Avropa çempionatında yaxşı nəticə göstərərək, yarışın rekordunu qırıb.

Quliyev 2019-cü ildə yaxşı çıxış edə bilməməsinin səbəbini də açıqlayıb: "Ötən il üçün yaxşı hazırlıq keçmişdik. Mövsümü 19,98 saniyə ilə açdım. Bununla da Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazandım. Mövsümə çox yaxşı başlamışdıq, yaxşı nəticəm var idi. Hazırlığı da yaxşı keçirmişdik. Bizim yarışların arasındakı fasilə az olur, 3 gün bir yerdə qalırıq, daha sonra başqa şəhərə gedirik. Təyyarədə, bağlı yerlərdə və otellərdə olduğum üçün 2019-cu ildə xəstələndim, virusa yoluxdum".

Təcrübəli atlet deyib ki, həmin vaxt çətin durumda olub: "Məşqlərə yenidən başlamaq lazım gəldi. İstədiyimiz formanı qaytara bilmədim".

Qeyd edək ki, Ramil Quliyev dünya çempionluğunu 2017-ci ildə qazanıb. 2018-ci ildə isə o, Almaniyanın paytaxtı Berlində Avropa çempionu olub.

"Evdə qal, idmansız qalma!" layihəsi Gənclər və İdman Nazirliyi ilə birgə həyata keçirilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1066   Tarix: 23 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mourinyo: "65 yaşıma qədər işləmək istəyirəm"

"Çelsi", "Portu", "Real Madrid", "İnter", "Roma" kimi klubları çalışdırmış Joze Mourinyo yeni açıqlama ilə diqqət mərkəzinə gəlib. 61 yaşlı mütəxəssis məşqçilik karyerasını bitirmək fikrində olmadığını vurğulayıb. "Mənim hazırda 61 yaşım var və 6

23.04.2024 232
.

Dani Alveş azadlıqda: İlk görüntüləri yayıldı - FOTO/VİDEO

Futbol üzrə olimpiya çempionu Dani Alveş apellyasiya şikayətinə qədər girov müqabilində həbsdən buraxılıb. Məlumata görə, braziliyalı girov ödəmək üçün 1 milyon avro toplaya bilib. Onun hesabları dondurulub. Alveş girov ödəməsi ilə yanaşı, iki pasportunu (Braziliya və İspaniya pasportlarını) təhvil verib

25.03.2024 662
.

"Fənərbağça" rəhbərliyindən meydanı tərk edən U19 komandasını sevindirəcək sürpriz

"Fənərbağça"da tarixi Superkubok etirazının əks-sədaları davam edir. Meydandan çıxmaq qərarının arxasında duran "sarı-lacivərd"lərin rəhbərliyi U19 komandasını mükafatlandırmaq qərarına gəlib. Bunun üçün rəhbərlik Şanlıurfaya yollanacaq. Superkuboku qazanan gənc futbolçulara mövsümdə

09.04.2024 447
.

Arda Güler "Real"dan ayrılmaq qərarını açıqladı

"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülerin ispan nəhəngində oynamaq şansı olmadığı üçün ayrılmaq qərarına gəldiyi və istəyini rəhbərliyə bildirdiyi iddia edilib. O, bu qərara dünən axşam La Liqada səfərdə "Malyorka"ya qarşı matçdan sonra gəlib. Arda komandasının 1:0 hesab

14.04.2024 714
.

"Qarabağ"ın transfer etmək istədiyi qapıçının adı bəlli oldu

"Qarabağ" heyətinə yeni qapıçı qatmağı planlaşdırır. İdman.biz xəbər verir ki, Azərbaycan çempionunun transfer etmək istədiyi qolkiperin adı da məlum olub. Qurban Qurbanov xorvatiyalı İvan Nevistiçin xidmətində maraqlıdır. Azərbaycan milisinin futbolçusu Mahir Emrelinin də çıxış etdiyi Zaqre

07.04.2024 416
.

"Formula 1": Ferstappen Çin Qran-prisinin sıralama turunda birinci olub

"Formula 1" üzrə Çin Qran-prisində sıralama turu başa çatıb. "Report"un məlumatına görə, "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen birinci olub. Onun komanda yoldaşı Serxio Peres ikinci, "Aston Martin"dən Fernando Alonso üçüncü pillədə qərarlaşıb. Qeyd edə

20.04.2024 197
.

"Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər"

İtaliyalı güləşçi Frank Çamisio Bakıda ona 300 min dollar dəyərində rüşvət təklif edildiyini iddia edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə güləşçi "La Repubblica" qəzetinə açıqlama verib. İkiqat dünya çempionu və olimpiya oyunlarının bürünc mükafatçısı Frank Çamisio keçən həft

12.04.2024 1888
.

Stadnikdən başqa hamısı uduzdu

Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat turniri davam edir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın qadın güləşçisi Mariya Stadnik turnirə uğurla başlayıb. 50 kq çəki dərəcəsində mübarizə aparan onqat Avropa və ikiqat dünya çempionu 1/4 finalda litvalı Qabija Dilite üzərində 10:0 hesabl

06.04.2024 336
.

"Bavariya"nın baş məşqçisi postuna əsas namizədin adı açıqlanıb

Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman "Bavariya"dan Tomas Tuxelin gedişindən sonra komandaya rəhbərlik etmək üçün idman direktoru Maks Eberlin əsas favoritidir. Eberl 2024-cü ilin martında "Bavariya"ya gəlib. O, Almaniya Futbol Assosiasiyasında Rudi Föllerin roluna bənzə

13.04.2024 233