"Kişi ilk növbədə tamah saldığı qadına baxsın" - Tanınmış prodüser od püskürdü

"Kişi ilk növbədə tamah saldığı qadına baxsın" - Tanınmış prodüser od püskürdüProdüser Təranə Səmədova sosial media hesabında paylaşdığı postla diqqət çəkib.

BiG.AZ xəbər verir ki, xanım prodüser bəzi kişiləri tənqid edib. O, sosial şəbəkədə qadınlara yersiz şərhlər yazan, onlarla tanış olmaq istəyən şəxslər barədə geniş post paylaşaraq fikirlərini bildirib:

"Cəmiyyətimizdəki aclıqdan danışmaq istəyirəm. Camaat qarnını doydurmaq, ailəsini birtəhər təmin etmək hayında olduğu halda bir də bu "ac həriflər" var ha, "tutar qatıq, tutmaz ayran" prinsipi ilə yaşayanlar... Etiket qaydasını belə qorumağı bacarmadan müxtəlif sözlər yazırlar. Ay "yeməlisən", yox bir "içməlisən", "şirinsən", "gözəlsən", "ölürəm sənin üçün", "ürəyim gedir səndən ötrü" və sairə. Bunlar hələ abırlılarıdır, əslində, daha betərləri də olur. Ay qadan alım, siz nə yeyib, nə içirsiniz? Eyni havanı udmağımıza belə şübhə edirəm.

Kişi ilk növbədə kənardan özünə, sonra tamah saldığı qadına baxsın, əgər onu həqiqətən də təmin etməyə gücü yetəcəksə, yazsın. Əgər evlidirsə, özünə, xanımına, ailəsinə hörmət qoysun.

Daha sonra qarşısındakı xanımın şəxsi həyatında kiminsə olub-olmadığıyla maraqlansın, əgər bir xanımın ailə həyatı, şəxsi həyatı baş tutmayıbsa, bu, o demək deyil ki, həmin qadın elə başını açıb oturub, yeməyib-içməyib mesaj yazanların yolunu gözləyir. Əgər xanım subaydırsa, onun sizə bu cür sözləri yazmağınız üçün yaradacağı şəraiti, verəcəyi o həddi gözləyin, hörmət görəndə həddinizi aşmayın. Mədəniyyət, öz şəxsiyyətinə hörmət qoymaq, şəxsi maraqlarını yüksək səviyyədə təqdim etmək ayrı bir bacarıq, qabiliyyət imiş...".

Qeyd edək ki, Təranə Səmədova müğənni Kərim Abbasov ilə ailəli olub. Hazırda subaydır.

"Kişi ilk növbədə tamah saldığı qadına baxsın" - Tanınmış prodüser od püskürdü"Kişi ilk növbədə tamah saldığı qadına baxsın" - Tanınmış prodüser od püskürdüLamiyə Məmmədova


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2340   Tarix: 22 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431