"Bankda 300 milyonum var, kim ağzını açsa, öldürərəm" - Zlatandan təhdid

"Bankda 300 milyonum var, kim ağzını açsa, öldürərəm" - Zlatandan təhdid"Los Anceles Qelaksi"nin futbolçusu Joao Pedro keçmiş komanda yoldaşı Zlatan İbrahimoviç haqda şok açıqlama verib.

BiG.AZ qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi "Record"a müsahibəsində bildirib ki, Zlatan komanda yoldaşlarını ölümlə təhdid edib:

"Hyuson "Dinamos"u ilə oyunda hesabda öndə olsaq da, daha sonra qollar buraxıb, geri düşdük. Oyunu 2:3 hesabı ilə uduzduq. Matçdan sonra isə Zlatan bizi gözəl şəkildə "başa saldı". O, bizə dedi: "Əgər bura çimərliyə getmək və ya Hollivudu gəzmək üçün gəlmisinzsə, deyin, bilim. Bankda 300 milyonum var və bir adaya sahibəm. Bunların heç birinə ehtiyacım yoxdur. Əgər kimsə ağzını açsa, onu öldürərəm. Həqiqətən bunu edərəm".

Pedro eyni zamanda Zlatanın məşqlərdə də diqqət mərkəzində olmaq istədiyini bildirib: "Məşq vaxtı 11-11-ə futbol oynayacaqdıq. Başlama vuruşunu kimin vuracağını soruşarkən, məşqçimiz "Joao Pedro vursun, onun doğum günüdür" dedi. İbrahimoviç isə ona tərəf dönüb, "hər gün mənim doğum günümdür, topu mənə ver" deyib qəhqəhə ilə güldü".

Qeyd edək ki, hazırda "Milan"ın üzvü olan 38 yaşlı İbrahimoviç 2018-2019-cu illərdə ABŞ klubunda çıxış edib və 58 oyuna 53 qol vurub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2144   Tarix: 20 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldonun "Mançester Yunayted"dəki MAAŞI

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun "Mançester Yunayted"dəki maaşı bəlli olub. 36 yaşlı hücumçu iki illik müqaviləsinə əsasən 58,3 milyon avro qazanacaq. Onun İngiltərədəki illik maaşı 29,15 milyon avroya bərabərdir. Bu, Ronaldonun "Yuventus"dakı qazancından 2 milyo

28.08.2021 1373
.

Azərbaycanlı idmançı Paralimpiya rekordu qırıb, qızıl medal qazandı

Atletikanın nüvə itəlmə növü üzrə idmançımız Elvin Astanov (F53 kateqoriyası) Tokio Paralimpiya Oyunlarında Azərbaycana səkkizinci qızıl medalı qazandırıb. O, 8.77 metr nəticə göstərərək Paralimpiya rekordunu yeniləyib və yarışların qızıl medalını qazanıb. Qeyd edək ki, bu nəticə ilə Azərbaycan meda

29.08.2021 1349
.

Sərbəst güləşçilərimizin I MDB Oyunlarındakı qazancı: Üç qızıl, iki gümüş və iki bürünc medal

Rusiyanın Kazan şəhərində I MDB Oyunları davam edir. Bu gün sərbəst güləşçilərin yarışı keçirilib. Ölkəmizi böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Tural Hüseynov (61 kq), Sabir Cəfərov (65 kq), Namus Orucov (70 kq), Cəbrayıl Hacıyev (7

04.09.2021 627
.

"Yuventus"un gənc futbolçusu öldü

İtaliyanın "Yuventus" klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında vəfat edib. Bu barədə Turin klubu rəsmi "Twitter" hesabından məlumat yayıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədər hissi keçirir", - turinlilərin mətbuat xidmətini

05.09.2021 972
.

Ronaldonun Bakıya gələcəyi dəqiqləşdi

Futbol üzrə Portuqaliya yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsində İrlandiya və Azərbaycanla oyunlarına və Qətərlə yoldaşlıq matçına heyəti bəlli olub. xəbər verir ki, baş məşqçi Fernandu Santos siyahıya 25 oyunçu daxil edib. Onların arasında İtaliyanın "Yuventus" klubunda

26.08.2021 1232
.

Ronaldu İngiltərə Premyer Liqasına ən ödənişli futbolçu kimi qayıdıb

"Mançester Yunayted"ə qayıdan Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının ən yüksək ödənişli futbolçusu olacaq. "Report"un "Daily Mail"ə istinadən məlumatına görə, 36 yaşlı hücumçu həftədə 560 00 avro əmək haqqı alacaq. Siyahıda ikinci yeri "Çelsi"nin forvard

29.08.2021 1008
.

Avstraliyalı hücumçu "Neftçi"yə keçməkdən imtina edib

Avstraliyalı futbolçu Nikita Rukavitsanın "Neftçi"yə keçidi baş tutmayıb. Bu barədə "Report"a Bakı klubunun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, daha əvvəl razılıq əldə olunan 34 yaşlı hücumçu Bakıd

28.08.2021 641
.

Dünya çempionumuz koronavirusa yoluxdu

Paralimpiya milli komandamızın daha bir üzvü taekvondoçu Aynur Məmmədova Tokioya yollana biməyib. Unikal.org-un məlumatına görə, üçqat dünya, 4 dəfə Avropa çempionu parataekvondoçu Aynur Məmmədova koronavirusa yoluxub. Dünya çempionu bu səbəbdən sentyabrın 4-də dayanq üzərinə çıxıb-çıxmama ehtimal

31.08.2021 1111
.

39 il komada qalan futbolçu vəfat etdi

PSJ-nin sabiq futbolçusu Jan-Pyer Adams dünyasını dəyişib. xəbər verir ki, 39 ildi komada olan veteran müdafiəçi 73 yaşında vəfat edib. Adams 1972 - 1976-cı illərdə Paris təmsilçisinin formasını geyinib. 1982-ci ildə çempionat oyununda dizindən zədə alan futbolçu əməliyyat zamanı həkimlərin səhvi üzündə

06.09.2021 1068