Özünü Ancelinaya oxşadan iranlı qız da koronavirusa yoluxdu - FOTO

Özünü Ancelinaya oxşadan iranlı qız da koronavirusa yoluxdu - FOTOÖzünü Ancelina Coliyə oxşatmaq üçün 50-dən çox əməliyyat keçirən iranlı qız da koronavirusa yoluxub.

Milli.Az bildirir ki, bu barədə məlumatı Nyu-York Post nəşri yayıb.

İnsan hüquqları təşkilatından verilən məlumata görə, "Zombi Ancelina Coli" adı ilə tanınan iranlı İnstaqram ulduzu həbsxanadaykən koronavirusa yoluxub. Əsl adı Fatemeh Khishvand olan Səhər Təbər hazırda mexaniki ventilyator qurğusu vasitəsi ilə nəfəs alır.

Center for Human Rights in Iran-ın məlumatına görə, koronavirus yayıldığı ərəfələrdə onun həbsxanadan azad edilməsi barədə dəfələrlə müraciət olunsa da, təklif rədd edilib.

Qeyd edək ki, Səhər Təbər ötən ilin oktyabr ayında həbs olunub.

Özünü Ancelinaya oxşadan iranlı qız da koronavirusa yoluxdu - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2464   Tarix: 17 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş