"Heç başımı da daramıram" - Dilarənin karantin günləri...

"Heç başımı da daramıram" - Dilarənin karantin günləri..."Martın 14-ündən evdəyəm. Heç eyvana da çıxmamışam".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva İTV-də yayımlanan "Gəl, qonaq ol" verilişində deyib.

O, karantin günlərini necə keçirməsi barədə sualları cavablandırıb:

"Mənə elə gəlirdi ki, bir qadın özünə görə bəzənir. Karantin vaxtı kəşf etdim ki, auditoriya yoxdursa, heç başımı da daramıram. Xəbər gəldi ki, efirə çıxacam. Özümə əl qatmışam, saçımı da özüm rəngləmişəm. Anlayanda ki, çıxış yolu yoxdur situasiyaya uyğun hərəkət edirəm. Kitablar oxuyuram. Tərcümə etdiyim bir əsər var idi, yarımçıq qalmışdı. Onu tamamlamağa çalışıram. Kinolarım, seriallarım var. Onlara baxıb ağlayıram, sevinirəm. Evdə ən böyük əyləncə yeməkdir. Koronavirusdan "korona" olaraq çıxmaq istəmirəm. İdman edirəm. Karantinlə bağlı maraqlı "stand up" hazırlayıram".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4754   Tarix: 16 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş