Ekspert: "Azərbaycan əsgəri hazırda təhlükəsiz mühitdədir"

Ekspert: "Azərbaycan əsgəri hazırda təhlükəsiz mühitdədir""Bu gün Azərbaycan Ordusunda istər geyim qaydalarının, istərsə də təmizlik normalarının təminatı ilə bağlı böyük işlər görülüb. Hətta ön cəbhədə belə kazarma şəraiti yüksək səviyyədə yenilənib. Hərbi hissələrə səfərlərim zamanı bunun şahidi olmuşam".

Bunu "Report"a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

O bildirib ki, hazırda şəxsi heyətin yataqxana şəraitinin və xidmət etdikləri ərazinin tam müasirləşdirilməsi prosesi gücləndirilib: "Müstəqil hərbi ekspert olduğum üçün təbii ki, ordu haqqında pafoslu danışa bilmərəm. Azərbaycan Ordusu müharibənin içindən doğub. Yəni şəxsi heyətin geyimi, gigiyenik qaydaları 1990-cı ilin əvvəllərində problemli məsələ idi. Biz həmin dövrün əsgərləriyik. Ancaq Azərbaycan Ordusu artıq üç mərhələ keçib. Yaranması, formalaşması və hazırki müasirləşməsi dövrü. 2012-2013-cü illərdən başlayaraq Azərbaycan Ordusunda ciddi yeniliklər həyata keçirilir. Bura yeni hərbi hissələrin tikilməsi, əsgərlərin xidməti şəraitinin yaxşılaşdırılması aiddir".

Hərbi ekspert bildirib ki, Azərbaycan Ordusunda dezinfeksiya işləri aparılıb, virusa qarşı müxtəlif tədbirlər görülüb: "Hazırda orduda virusa qarşı müxtəlif silsilə tədbirlər həyata keçirilir.
Əlavə edim ki, 2014-cü ildən sonra Azərbaycan Silahlı Qüvvələrində ümumqoşun birləşmələrində, yəni döyüş briqalarında gənc əsgərlərin karantin dövründə hərbi xidmət keçməsi ləğv edildi. İndi gənc əsgərlər hərbi birləşmələrdə ayrıca yerlərdə öz karantin dövründəki xidmətini keçirlər. Deyək ki, "N" saylı hərbi hissənin 2-3 taboru var. Dördüncü tabor gənc əsgərlərdən ibarətdir. Ümumi düzülüşdə hamı bir sırada dayanır, yeməkxanada da bir yerdə olurlar. Ancaq indi belə deyil. Gənc əsgərlər üçün hərbi birləşmədə ayrıca hərbi hissə yaradılıb. Əsgərlərimiz təhlükəsiz mühitdədirlər.

Bir məsələni də xüsusilə qeyd edim ki, çağırış yaşı çatmış Azərbaycan vətəndaşlarının hərbi xidmətə çağırılması ilə bağlı müddətin uzadılmasının səbəblərindən biri də onların mülki həyatda hansı vəziyyətdə olması, virusa yoluxub-yoluxmadıqlarına aid suallarla bağlıdır. Bəlkə, çağırışçı virus daşıyıcısıdır və hərbi xidmətə gedəndən sonra zabit-gizir heyətini yoluxduracaq? Yəni bütün bu tədbirlər virusa yoluxma ehtimalını minimuma endirmək üçün nəzərdə tutulub.
Eyni zamanda Azərbaycan Ordusunda tərxis müddəti başa çatmış hərbçilərin aprelin 20-dən tərxisolunma prosesi başlayacaq. Artıq Müdafiə Nazirliyi bununla bağlı məlumat verib. Bütün hərbi hissələrdə dezinfeksiya işləri aparılıb, virusa qarşı müxtəlif tədbirlər görülüb".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1325   Tarix: 09 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Nəsib Quliyev dəfn edildi

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

14:10 168
.

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb. xəbər verir ki, Avstraliyanın Yeni Cənubi Uels (NSW) əyalət komissarının müavini Devid Hudson istintaqla bağlı açıqlamalar verib. Sidneyin cənub-qərbindəki məhəllələrdə 400-dən çox polis məmuru ilə əməliyyat keçirildiyini bildirə

24.04.2024 212
.

"Nişanlım dünyasını dəyişib" - Video

"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki

11:46 400
.

Sədaqət Vəliyeva: "Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyük bir uğur hesab olunur"

"Bu gün dünya ölkələrinin əksəriyyətində ixtişaşlar, müharibələr, terror aktları, bir sözlə qeyri-sabitlik tüğyan edir. Belə bir şəraitdə Azərbaycan bütün bu mənfi təsirlərdən tam kənardadır və ölkəmizdə yüksək səviyyəli sabitlik hökm sürür. Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyü

24.04.2024 194
.

Aygün Kazımova onunla 23 il sonra bir arada - Video

Xalq artisti Aygün Kazımova "Şəklimi çək" klipində rol alan aktyor Şamil Muradovla 23 il sonra bir araya gəlib. Axşam.az xəbər verir ki, ölkənin əsas ulduzu məclislərdən birində çıxış edərkən tərəf müqabili də orada yer alıb. Ş.Muradov səhnəyə çıxaraq, Pop kraliça ilə görüşüb və ifa zaman

10:23 2698
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24.04.2024 613
.

"Akademiyada dərs deyirəm" - Roza Zərgərli

Müğənni Roza Zərgərli ünvanına deyilən tənqidlərə reaksiya verib. Axşam.az xəbər verir ki, "El canlı" proqramına qatılan ifaçı "Bir az aparıcı, bir az müğənni, bir az yazıçı, bir az prodüsersiniz. Fəaliyyətiniz mənim bazarlığıma oxşayır" sualına belə cavab verib:. "Cürətini

24.04.2024 830
.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

12:40 169
.

"Azərbaycan dünyanın beyin mərkəzlərinin əsas toplantı nöqtələrindən biri halına gəlib" - Politoloq

"COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb. Səfərdə 30 ölkədən 64 beyin mərkəzinin nümayəndəsi iştirak edir. Mövzu ilə bağlı -a danışan politoloq Tural İsmayılov bildirib ki, Azərbaycanın dünyada hörmətə malik olan, həm indi

24.04.2024 308