Bakıda oğurluq hadisəsi anbaan kameralarda - 6 min ziyan vurdular - VİDEO

Bakıda oğurluq hadisəsi anbaan kameralarda - 6 min ziyan vurdular - VİDEO
Bakıda oğurluq hadisəsi baş verib.

BiG.AZ Trend-ə istinadən xəbər verir ki, hadisə Azərbaycan prospekti 29 ünvanında kofe mağazasında qeydə alınıb.

Belə ki, gecə vaxtı obyektin qapısını qıraraq içəri daxil olan iki nəfər şəxs mağazanın ofisindən oğurluq edib. Həmin şəxslər ofisdən mağazaya aid kofe çeşidləri, iki kompüter və fotoaparat aparıblar. Mağaza sahibi bildirib ki, oğrular təqribən 6 min manat civarında ziyan vurublar.

Zərərçəkmiş şəxs hadisə ilə bağlı polisə müraciət etdiyini söyləyir.



BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 959 Tarix: 09.04.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər