"Gəlin bir bayraq altında birləşək" aksiyasına ADY də qoşulub

"Gəlin bir bayraq altında birləşək" aksiyasına ADY də qoşulub
Bakı Nəqliyyat Agentliyinin (BNA) “Gəlin bir bayraq altında birləşək” adlı milli həmrəylik aksiyasına “Azərbaycan Dəmir Yolları (ADY) QSC də qoşulub.

“Report” xəbər verir ki, ADY-nin fəaliyyət göstərdiyi binadan milli bayrağımız asılıb.

Qeyd edək ki, BNA Azərbaycanda koronavirusun yayılmasına qarşı mübarizəyə dəstək olaraq təşəbbüs irəli sürür. Agentlik dövlət qurumlarını, təşkilatları, digər ictimai xadimləri, eyni zamanda, hər bir vətəndaşı fəaliyyət göstərdikləri və yaşadıqları binalardan bayraq asmağa, milli həmrəylik nümayiş etdirməyə dəvət edir.



BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 344 Tarix: 09.04.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər