Koronavirusa yoluxan Mirvari Fətəliyeva Dadaşlinskinin qonağı olub - VİDEO

Koronavirusa yoluxan Mirvari Fətəliyeva Dadaşlinskinin qonağı olub - VİDEO
Koronavirusa yoluxan Azərbaycanın Fransadakı Diasporunun rəhbərlərindən biri, Paris-Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva İctimai Televiziyada yayımlanan "3D" verilişinin qonağı olub.

BiG.AZ ölkə.az-a istinadən bildirir ki, efirə görüntülü bağlantı ilə qoşulan M.Fətəliyeva başına gələnlərdən, koronavirusun ilk simptomlarından danışıb.

Dadaş Dadaşlinkisinin xəstəliklə, onun müalicəsi ilə bağlı ünvanladığı suallara ətraflı cavab verən M.Fətəliyeva evdə müalicə aldığını deyib. Həmçinin qəbul etdiyi dərmanların hazırda Fransada belə müzakirə mövzusu olduğunu bildirib.

Dadaşlinki Fransada hökm sürən indiki vəziyyət, karantin rejimi ilə də bağlı suallar verərək onlara ətraflı cavab alıb.



BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 725 Tarix: 09.04.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər