Kennedinin səkkiz yaşlı nəticəsinin meyiti tapıldı

Kennedinin səkkiz yaşlı nəticəsinin meyiti tapıldı
Amerikalı senator, ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı Robert Kennedinin itkin düşmüş nəvəsinin cəsədi dalğıclar tərəfindən aşkar edilib.

Bu barədə CNN telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Səkkiz yaşlı Gideon Cozef Kennedi Makkinin cansız bədəni onun anasının meyitinin tapıldığı yerdən 610 metr aralıda, 7,6 metr dərinlikdə tapılıb.

Xatırladaq ki, aprelin 2-də 40 yaşlı Meyv Kennedi Tausend Makkin və onun səkkiz yaşlı oğlu Gideon Cozef Kennedi Makkin Çesapik körfəzində qayıqla üzərkən itkin düşüblər.

Qadının həyat yoldaşı Devid Makkinin sözlərinə görə, uşaqlar sahilyanı evdə oynadığı vaxt top suya düşüb. Həyat yoldaşı və oğlu topu götürmək məqsədilə qayığa əyləşib və onlardan bir daha xəbər tutmaq mümkün olmayıb.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 925 Tarix: 09.04.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər