Dünyada koronavirusa yoluxanların sayı 1,5 milyon nəfəri keçib - STATİSTİKA

Dünyada koronavirusa yoluxanların sayı 1,5 milyon nəfəri keçib - STATİSTİKA
Son sutka ərzində dünyada koronavirus infeksiyasına 84 mindən çox insan yoluxub, təxminən 6,4 min nəfər də bu virusun qurbanı olub.

BiG.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat bölgələrdə və ölkələrdə virusa yoluxma və ölüm hallarını dəyərləndirən "Worldometer" saytında yer alıb.

Son statistikaya görə, dünyada 1 517 960 nəfər yeni növ koronavirusa yoluxub, 88 457 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib. Son gün ərzində 84 384 insanda koronavirus aşkarlanıb, ölənlərin sayı isə 6414 nəfər artıb.

COVID-19 infeksiyasına ən çox yoluxma halları ABŞ-dadır - 434 927 nəfər. Onun ardınca İspaniya (148 220), İtaliya (139 422), Almaniya (113 296), Fransa (112 950) və Çin (81 865) gəlir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) aprelin 8-də Bakı vaxtı ilə saat 12:00-da yaydığı son açıqlamasına görə, ən çox yoluxma və ölüm halları yenə də Avropa regionunda qeydə alınıb - 720 219 yoluxma və 57 369 ölüm. Sutka ərzində burada yoluxanların sayı 33 881, ölənlərin sayı isə 4904 nəfər artıb.

Şimali və Cənubi Amerikada ümumilikdə 417 416 nəfər koronavirusa yoluxub, 12 597 nəfər ölüb.

Yoluxma sayı üzrə üçüncü yeri Çin, Koreya Respublikası və Yaponiyanın daxil olduğu Qərbi Sakit okean bölgəsi tutur. 6 aprel tarixinə olan məlumata görə, burada 114 667 yoluxma, 3922 ölüm faktı qeydə alınıb.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 251 Tarix: 09.04.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər