Azərbaycanlı vəzifəli şəxs koronavirusa yoluxdu

Azərbaycanlı vəzifəli şəxs koronavirusa yoluxdu
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev koronavirusa yoluxub.

BiG.AZ xəbər verir ki, bu barədə REAL-a diaspor nümayəndəsi özü məlumat verib.

Rövşən Tağıyevin sözlərinə görə, o özündə koronavirusun simptomlarını müşahidə etdiyi üçün xüsusi xəstəxanaların birində koronavirusla bağlı analiz verib və evə qayıdıb.

Diaspor təşkilatının sədri qeyd etdiki, o evdə müalicə alır və özünütəcrid qaydalarına əməl edir.

Rövşən Tağıyev əhalidən xüsusi karantin rejiminin qaydalarına əməl etməyi tövsiyə etdi. O insanları evdən çölə çıxmamağa çağırdı.

Qeyd edək ki, Rövşən Tağıyev özündə bir neçə gün əvvəl halsızlıq və mədə ağrısı hiss edib. Bundan sonra o, xəstəxanada test verib. Onun verdiyi testin nəticəsi pozitiv çıxıb.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 4486 Tarix: 09.04.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər