Yeni epidemiya yayılır - 254 nəfər öldü

Yeni epidemiya yayılır - 254 nəfər öldü
Dünya yeni tip koronavirusla mübarizə apararkən Asiya ölkəsi İndoneziyada yeni epidemiya aşkarlanıb.

Publika.az xəbər verir ki, yanvarın əvvəlindən 4 aprelə qədər ölkədə danq qızdırması səbəbilə 254 nəfər dünyasını dəyişib.

Ümumilikdə, 40 min nəfərin xəstəliyə yoluxduğu bildirilir.

“Tempo” qəzetinin xəbərinə görə, Səhiyyə Nazirliyi Vektorial və Zoonotik Xəstəliklər İdarəsinin direktoru Siti Nadya Tarmizi xəstəliyin ən çox rast gəlindiyi Qərbi Yava və Şərqi Nusa Tenqqara əyalətlərinin qırmızı bölgə elan edilərək karantinə alındığını bildirib.
Epidemiyanı ağcaqanadlar yayır

Ölkədə ağcaqanadların daha çox ortaya çıxdığı oktyabr-aprel aralığında yağışlı dövrlərdə danq qızdırması və adi qızdırma xəstələrinin sayı artır.

Xatırladaq ki, İndoneziyada danq qızdırmasından 2016-cı ildə 1598, 2017-ci ildə 493, 2018-ci ildə 344 nəfər dünyasını dəyişib.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 7001 Tarix: 08.04.2020
Bu xəbərləri da oxuyun
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər