ÜST-nin koronavirusa yoluxan əməkdaşlarının sayı açıqlandı

ÜST-nin koronavirusa yoluxan əməkdaşlarının sayı açıqlandı
"Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 10 əməkdaşında koronavirus aşkarlanıb".

“Report” NTV-yə istinadən xəbər verir ki, bunu qurumun sözçüsü Kristian Lindmeyer deyib.

O bildirib ki, son rəqəmləri tam dəqiq bilməsə də, yoluxanların sayı təxminən bu qədərdir: “ÜST-nin binasını bağlamadan əvvəlki rəqəm budur. Çünki Cenevrədəki baş ofisdə 1 500 nəfər işləyir. Ancaq çox sayda yoluxma faktı yoxdur. Təsdiq olunan faktların yarısı da evdən işləyəndən sonra ortaya çıxıb”.

ÜST rəsmisi vurğulayıb ki, koronavirusa yoluxan əməkdaşlardan vəziyyətinin pis olması barədə məlumat almayıb: “Onların hamısı sağalmağa doğru gedir”.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 453 Tarix: 08.04.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər