Məşhur Amerika şirkəti işçilərinin maaşını 30 faiz azaltdı

Məşhur Amerika şirkəti işçilərinin maaşını 30 faiz azaltdı
Amerikanın elektrokar istehsal edən məşhur “Tesla Motors” şirkəti işçilərinin maaşını 30 faiz aşağı salacaq, bəzi əməkdaşlar isə ödənişsiz məzuniyyətə göndəriləcək.

Xəbəri “Reuters” agentliyi yayıb.

Şirkətin vitse-prezidentlərinin maaşları 30%, bölmə rəhbərlərinin əməkhaqları 20%, sıravi işçilərin məvacibi isə 10% ixtisar ediləcək.

Qərar aprelin 13-dən icra ediləcək.

“Tesla” zavodlarında əvvəlki qaydada fəaliyyətin mayın 4-dən bərpa edilməsi planlaşdırılır.

Qeyd edək ki, şirkət koronavirus pandemiyası ilə əlaqədar ABŞ-ın bəzi ştatlarında yerləşən zavodlarını bağlayıb.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 475 Tarix: 08.04.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər