Koronavirusun ilk dəfə meydana çıxdığı şəhərdə karantin bitdi

Koronavirusun ilk dəfə meydana çıxdığı şəhərdə karantin bitdi
Çinin Uhan şəhərində koronavirusa görə tətbiq edilən karantin rejimi başa çatib.

“The Global Times” xəbər verir ki, adı bütün dünyada məşhurlaşmış bu şəhərdə 76 günlük karantin müddəti bitib.

11 milyon əhalisi olan Uhanda insanlar artıq evlərindən icazə almadan çıxa biləcəklər. Lakin məktəblərin hələ açılmayacağı və bununla bağlı qərarın sonra veriləcəyi bildirilib.

Çinin Milli Səhiyyə Komissiyası ölkənin böyük hissəsində koronavirusun yayılmasının nəzarətə alındığını açıqlayıb.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1396 Tarix: 08.04.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər