Alıcılar hə, satıcılar yox deyir: Dövlət qurumları qiymət artımına nə deyir? – VİDEO

Alıcılar hə, satıcılar yox deyir: Dövlət qurumları qiymət artımına nə deyir? – VİDEOAlıcıların sözlərinə görə, bu günlərdə ərzaq mallarına tələbatın artması qiymətlərə təsir göstərib.

Mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.

Alıcı: "Qiymətlərdə artım var. Hərəsində 10-15-5 qəpik var".

Eyyub Hüseynov – AİB-in sədri: "Azad bazar iqtisadiyyatıdır. Bazar tələb-təklif aksiomu ilə işləyir. Əgər tələbat artarsa, əlbəttə qiymətlərin artması baş verə bilər. Bir sıra malların artıq qiyməti artıb. Ona görə də yerli istehsalçılar gərək bazardakı bu vəziyətdə daha fəal iştirak etsinlər. Hökumət iş görməlidir ki, mümkün olan rüsumlar aşağı düşsün. Bazarda bolluq yaransın və s.".

Amma qarşı tərəf hər hansı qiymət artımının olmadığını bildirir.

Fərhad Fərhadlı – Market müdiri: "Heç bir qiymət artımı yoxdur marketlərdə. Əvvəlki qiymətlərdir. Qiymət artımı hələ ki, gözlənilmir. Endirimlər var, amma hələ ki, qalxım yoxdur".

Marketlərin ərzaq məhsullari ilə təminatına gəlincə, son günlər tələbat artsa da, hələlik qıtlıq yoxdur.

Bəli, vitrinlər kifayət qədər müxtəlif növ ərzaqlarla təmin olunub. Bunun qarşılığında alıcıların intensivliyi də var. Bəli, alıcılar aldıqca, vitrinlər yeni ərzaqlarla təmin olunur, doldurulur.

Alıcı: "Hələ ki, istədiyim bir şeyi tapmadığım olmayıb. Lazım olan hər bir şey yerində var".

Fərhad Fərhadlı – Market müdiri: "1-2 gündən sonra fövqəladə vəziyyət elan olunacaq deyirlər. Onun üçün biraz alıcı çoxdur bu günlərdə. Depomuzda da, vitrinlərimizdə də kifayət qədər ərzaq var. Tədarükçülər də vaxtı-vaxtında malı çatdırır".

Şahin Ağayev – İN yanında ASİHMDX-nın şöbə müdiri: "Ticarət obyektlərində kifayət qədər mal var və onların təhcizatında hər hansı bir çətinlik yoxdur. Və istehlakçılar istədikləri ticarət obyektlərindən öz zövqlərinə uyğun olaraq malları, o cümlədən xüsusilə qeyd edirem ki, ərzaq məhsullarını seçib ala bilərlər".

Vətəndaşlara qarşılaşdıqları qiymət artımı barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri tövsiyyə olunur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2002   Tarix: 07 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO

Alışı ucuz, satışı od bahasına. Satışla alış arasındakı fərq isə dodaq uçuqladır. -ın məlumatına görə, söhbət brilyantın satış və alış qiymətləri arasındakı fərqdən gedir. Satıcılar qızıldan fərqli olaraq brilyantın alışı ilə satışı arasında fərqin olduqca böyük olduğunu qeyd ediblər. Bildiriblər ki

11:02 145
.

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir. Onun iddia tələbi torpa sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmi

19.04.2024 416
.

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On

19.04.2024 427
.

Britaniyanın Baş naziri Sunak: "İsrail-İran gərginliyinin artması heç kimin xeyrinə deyil"

Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib ki, İranın keçən həftə hava hücumundan sonra İsrailin şübhəsiz ki, özünü müdafiə etmək hüququ var, lakin gərginliyin artması heç kimin xeyrinə deyil. xəbər verir ki, Sunak paytaxt Londonda "Center for Social Justice" beyin mərkəzindəki çıxışınd

19.04.2024 238
.

Bakıda 29 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti

19.04.2024 313
.

İsrail əsgərləri 3 fələstinlini yaralayıb

İşğal altındakı İordan çayının qərb sahilində Nablus şəhərinin Beyta qəsəbəsində baş verən hadisələrdə İsrail əsgərləri 3 fələstinlini yaralayıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada İsrail əsgərlərinin Beyta qəsəbəsində ikisi uşaq olmaqla 3 fələstinlini yaraladığ

12:30 59
.

"Efirdə qısa geyinməyi yaraşdırmıram"

Aparıcı Xoşqədəm Hidayətqızı qısa geyinən aparıcılardan danışıb. Axşam.az xəbər verir ki, o, bu haqda sosial şəbəkədə canlı yayımda danışıb. Hidayətqızı bildirib ki, efirdə qısa geyinməyi aparıcıya yaraşdırmır:. "Efirdə qısa, açıq geyinmək. Qonağım geyinə bilər. Amma mən aparıcı, junalist olara

12:16 99
.

Əməkdar artist vəfat etdi

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, Əməkdar artist Yuri Omelçenko vəfat edib. Axşam.az xəbər verir ki, bu barədə teatr feysbuk səhifəsində paylaşım edib. Sənətçi 48 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb

11:19 199
.

İran dövlət televiziyası: İsfahanda 3 dron məhv edilib

İran dövlət televiziyası İsfahan üzərində səmada üç dron müşahidə edildikdən sonra məhv edildiyi açıqlayıb. BİG.AZ xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb. Həmçinin Fars xəbər agentliyi İsfahanın beynəlxalq hava limanı yaxınlığında partlayışların eşidildiyini bildirmişdi. İranın dövlə

19.04.2024 254