Şeyma Subaşı qızı üçün ağlayan yerdə FOTOsunu paylaşdı

Şeyma Subaşı qızı üçün ağlayan yerdə FOTOsunu paylaşdı

Məşhur televiziya aktyoru Acun İlicalının keçmiş həyat yoldaşı Şeyma Subaşı koronavirus epidemiyası səbəbilə qızını uzun müddət görə bilmədiyi üçün ağlayarkən şəkil çəkərək "İnstagram"da paylaşıb.

Şeyma Subaşı qızı üçün ağlayan yerdə FOTOsunu paylaşdı

BiG.AZ-ın superhaber.tv-yə istinadən verdiyi xəbərə görə, ötən ay xaricdən gələn italiyalı sevgilisi Guaydo ilə karantinə alınan Şeyma qızı Melisanı atası Acun İlicalının yanına, Dominikə göndərib.

Koronavirusa görə uçuşların ləğv edildiyi üçün bir aydan çox qızını görməyən Subaşı depressiyada olduğunu bildirib.

“Yaxşı rola girirəm, elə deyilmi? "İnstagram"da hər gün "pozitiv qalın, pozitiv düşünün" deyərək... Əslində niyə arıqlamışam? Kədərliyəm və depressiyadayam. Qızımı görmək istəyirəm. Hər gün ağlayıram. Nələrə dözdüm, amma burada əlim-qolum bağlıdır. Lənət olsun sənə, korona...'' - deyə Şeyma "story" bölməsində paylaşım edib.

Şeyma Subaşı qızı üçün ağlayan yerdə FOTOsunu paylaşdı

Natəvan Baxşiyeva

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2721 Tarix: 07.04.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər