Azərbaycanda "Qırmızı kitab"a düşən quşu ovlayan şəxs tutuldu - VİDEO

Azərbaycanda "Qırmızı kitab"a düşən quşu ovlayan şəxs tutuldu - VİDEO
Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsi ilə Qızılağac Milli Parkının əməkdaşları tərəfindən “Qırmızı kitab”a düşən quşu ovlayan şəxs saxlanılıb.

Baku.Tv xəbər verir ki, Masallı rayonu Qədirli kəndindəki Qızılağac Milli Parkının xüsusi mühafizəsinin hüquqi rejimi tətbiq edilən zonasında olan Böyük körfəz su sahəsində qanunsuz ov edən həmin kəndin sakini, 52 yaşlı Çingiz Əmiraslanov tutulub.

Yoxlama zamanı ondan taxta qayıq, avar, qoşalüləli, sənədi olmayan, nömrəsiz bir ov silahı və həmin silahla qanunsuz ovladığı bir qaşqaldaq, iki ördək və “Qırmızı kitab”a düşmüş bir sultan toyuğu quşları aşkar edilərək, maddi sübut kimi götürülüb.

Təbiətə dəymiş maddi ziyanın məbləği 1039 manat 50 qəpik müəyyən olunub. Faktla bağlı araşdırma aparılır.


BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1002 Tarix: 07.04.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər