Ekspert: "SOCAR-ın Türkiyədəki vətəndaşlarımıza dəstəyi müsbət qarşılanmalıdır"

Ekspert: "SOCAR-ın Türkiyədəki vətəndaşlarımıza dəstəyi müsbət qarşılanmalıdır"Koronavirus pandemiyasının yayılması nəticəsində çətinliklərlə üzləşmiş xaricdə təhsil alan, səyahətdə olan Azərbaycan vətəndaşlarına yardım edilməsi, onların təxliyə olunması istiqamətində işlər görülür. Rəsmi məlumatlara görə, 15 minə yaxın Azərbaycan vətəndaşı xarici ölkələrdən təxliyə edilib və onların böyük əksəriyyəti karantinə yerləşdirilib.

Bu gün Azərbaycan vətəndaşlarının ən çox səyahət etdiyi, tələbələrinin ən çox təhsil aldığı ölkələrdən biri Türkiyədir. Koronavirus pandemiyasına görə Azərbaycana qayıda bilməyən bu ölkədəki vətəndaşlara yardım məqsədilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) maliyyə dəstəyi və Azərbaycan Təhsil Nazirliyi və Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə dəstək fondu yaradılıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin göstərişinə uyğun olaraq, birgə həyata keçirilən dəstək layihəsi çərçivəsində Türkiyədə 10 mindən çox Azərbaycan vətəndaşının sığınacaq, əsas qida vasitələri, nəqliyyat kimi ehtiyacları öz həllini tapacaq.
Təhsil eksperti Nadir İsrafilov "Report"a bildirib ki, Türkiyədəki Azərbaycan vətəndaşı və tələbələrinin sığınacaq, qida və nəqliyyat ehtiyaclarının ödənilməsini nəzərdə tutan bu addımı çox müsbət qiymətləndirmək lazımdır:

"Bu çətin günlərdə bu cür təşəbbüs göstərilməsi, vətəndaşlarımızın qayğısına qalınması, yardım əlinin uzadılması təqdirəlayiq addımdır. Çətin vəziyyətdə qalan vətəndaşlarımızın, xüsusilə tələbələrimizin problemlərinin həll olunması yaxşı haldır. Çox sağ olsunlar ki, belə addım ataraq onların yaşayış və digər çətinliklərini öz üzərlərinə götürüblər. Onlar bizim vətəndaşlarımızdır və sevindirici haldır ki, çətin vəziyyətdə onlara dəstək olurlar. Ümumiyyətlə, xaricdəki Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi üçün çox işlər görülüb. Mən bütün bu görülən işləri çox müsbət qiymətləndirirəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 637   Tarix: 07 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Azərbaycanın div insanı"nın güc nümayişi - VİDEO

Azərbaycanlı pəhləvan Elmin Mehdiyev "AStar" layihəsinə qonaq olub. xəbər verir ki, 145 kiloqram çəkisi olan Elmin "Azərbaycanın div insanı" kimi təqdim edilib. O ağır tonnajlı yük maşınlarını çəkmə qabiliyyətinə malikdir. Bundan başqa bir neçə armaturu birlikdə əyir və üst-üstə qoyula

18.04.2024 422
.

Qəzzada ölənlərin sayı 33970-yə çatıb

İsrail ordusunun Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 33970-yə çatıb. xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 195 gündür Qəzza zolağına hücumları ilə bağlı məlumat verilib. Açıqlamaya görə, İsrail ordusunu

18.04.2024 111
.

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq. "Report" xəbr verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda keçirdiy

18.04.2024 264
.

İsveçdə cinsiyyətin dəyişdirilməsi üçün yaş həddi dəyişdirildi

İsveç Parlamenti, biri cinsiyyətin dəyişdirilməsi üçün minimum yaş həddi 18-dən 16-ya endirilən və digəri isə əməliyyata girişi asanlaşdıran iki yeni qanun qəbul edib. xarici mediaya istinadən xəbər verir ki, İsveç Parlamentində altı saat davam edən qızğın müzakirələrdən sonra qanun layihələri lehin

18.04.2024 270
.

3 avtomobilin iştirakı ilə baş verən qəza - VİDEO

Türkiyənin Kayseri şəhərində 3 avtomobil iştirakı ilə zəncirvari qəza olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 2 nəfər yaralanıb. Hadisənin baş vermə səbəbləri məlum deyil. Qəzanın baş vermə səbəbi məlum deyil. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb

18.04.2024 353
.

Şimşək çaxacaq, dolu düşəcək

Aprelin 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 isti, gündüz 22-2

18.04.2024 568
.

Pensiyaların gecikməsi ilə bağlı rəsmi - AÇIQLAMA

"Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarının yubanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir". Bu sözləri -a açıqlamasında Dövlət Sosial Müdafiə Fondun (DSMF) mətbuat katibi Rəşad Mehdili ödənişlərin aprelin 19-da yekunlaşacağını bildirib. "Pensiyaları

18.04.2024 458
.

"Trans yağların yaratdığı bütün zərərli təsirlərdən qorunmağın ən asan üsulu balanslı qidalanmaqdır" - Qida eksperti

Azərbaycan bu ildən etibarən trans yağ turşuları ilə mübarizə sahəsində görülən işlərlə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanan "Ölkələrin Qiymətləndirmə Aləti"ndə 2-ci səviyyədən 3-cü səviyyəyə yüksəlib. Qida eksperti Fərid Səfərov -a bildirib ki, süni trans yağ maye yağları

18.04.2024 437
.

Kamran Həsənlidən qalmaqallı açıqlama: "Yaxşı verilişlərin aparıcılarının saxlayanı var"

"Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən sənətkar kimi bəh-bəhlə xalqa sırınır". Bu sözləri tanınmış aparıcı Kamran Həsənli -a açıqlamasında deyib. O, bəzi aparıcılar barədə sərt iradlar səsləndirib:. "Onla

18.04.2024 287