Adel məhkəmədə 180 milyon dollarlıq sərvəti gizli bölüşdürəcək

Adel məhkəmədə 180 milyon dollarlıq sərvəti gizli bölüşdürəcək
Dünyanın ən çox qazanan müğənnilərindən olan Adel həyat yoldaşı Simon Konecki ilə 180 milyon dollarlıq sərvəti bölüşəcəkləri boşanma məhkəməsini gizli saxlayacaq.

BiG.AZ ölkə.az-a istinadən bildirir ki, dünyaca məşhur müğənni Adel səkkiz il evli olduğu həyat yoldaşı Simondan boşanma qərarı alıb. Altı yaşında Angelo adlı oğlanları olan cütlük övladları olduğu üçün dostca ayrılacaqlarını bildiriblər. 31 yaşlı müğənni boşanma anlaşmasının gizli qalması üçün məhkəməyə müraciət edib.

Los-Ancelesdə baş tutan məhkəmənin hakimi onun tələbini qəbul edib. Müğənninin sözçüsü mediaya açıqlama verərək ''Hollivud cütlüklərinin boşanmaları illərcə uzanıb, dava-dalaşla nəticələnə bilir. Adel və Simon oğlanlarının xətrinə belə bir şey olmasını istəmirlər. Ona görə də mal və mülk paylaşımı gizli saxlanılacaq" sözlərini deyib.

Qeyd edək ki, Adel keçmiş həyat yoldaşı Simon ilə 2011-ci ildə tanış olub və 2012-ci ildə oğlanları Angelo dünyaya gəlib. Müğənni 2017-ci ildə Simon ilə evləndiyini açıqlayıb.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1294 Tarix: 07.04.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər