Şəmkirdə şok: Taksi sürücüsü məktəbə aparıb-gətirdiyi üç azyaşlıya...

Şəmkirdə şok: Taksi sürücüsü məktəbə aparıb-gətirdiyi üç azyaşlıya...Şəmkir rayonunda mıəktəbli qıza təcavüzdə ittiham olunan 1959-cu il təvəllüdlü Vidadi Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Vidadi Rüstəmov taksi fəaliyyəti ilə məşğul olduğu özünə məxsus "VAZ 2107" markalı avtomobillə 2017-ci il sentyabr ayının ortalarından həmin ilin dekabr ayının sonlarınadək və 2018-ci ilin ilin sentyabr ayının ortalarından həmin ilin dekabr ayının sonlarınadək 2008-ci il təvəllüdlü Samirə Məmmədovaya (cinayət işində adı keçən zərərçəkmişlərin ad və soyadları şərti verilib – red.) yaşadığı evdən məktəbə aparıb. O, azyaşlının məktəbə aparıb-gətirən zaman avtomobilin içərisində öz cinsi ehtirasını təmin etmək məqsədilə mütəmadi olaraq zor tətbiq etmədən əlləri ilə azyaşlıya qarşı əxlaqsız hərəkətlər edib.

Vidadi Rüstəmov həmçinin Samirə Məmmədovanın bacısı, 2011-ci il təvəllüdlü Ləmana da eyni hərəkətlər törədib. O, Ləmanı da öz avtomobili ilə məktəbə aparıb-gətirən zaman bu çirkin əməlini həyata keçirib.

Vidadi Rüstəmov rayon ərazisində daha bir məktəbli qıza qarşı da öz çirkin əməlini həyata keçirib. O, 2010-cu il təvəllüdlü Ramella Səmədovanı məktəbə aparıb-gətirən zaman ona qarşı əxlaqsız hərəkətlər edib.

O, azyaşlı qızı idarə etdiyi avtomobillə yaşadığı evdən orta məktəbə aparıb-gətirib. Bu zaman azyaşlıya qarşı əxlaqsızlıq edib. Onun Ramella Səmədovaya qarşı bu hərəkətləri 2017-ci ilin sentyabr ayının ortalarından 2018-ci il may ayının sonlarınadək və 2018-ci ilin ilin sentyabr ayının ortalarından həmin ilin dekabr ayının sonlarınadək davam edib.

İstintaq orqanı tərəfindən Vidadi Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər törətmək) maddəsi ilə ittiham elan edilib.

Şəmkir rayon Məhkəməsinin hökmü ilə Vidadi Rüstəmov qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 ill 2 ay 29 gün müddətə islah işləri cəzasına məhkum olunub.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror protestində təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib. Prokurorun protesti araşdırılmaq üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Teyyub Muxtarovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Prokurorun protesti təmin edilib və Şəmkir rayon Məhkəməsinin hökmü dəyişdirilib.

Məhkəmə Vidadi Rüstəmovun barəsində 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. Onun barəsində başqa yerə getməmək qətimkan tədbiri ləğv edilib və həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalından həbs edilib.

Vidadi Rüstəmovun cəzasının əvvəli 2019-cu il avqustun 30-dan hesablanıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8422   Tarix: 07 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19.04.2024 178
.

Paşinyan Almaniyanın KfW Bankının nümayəndə heyətini qəbul edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya İnkişaf Bankının (KfW) nümayəndə heyətini qəbul edib. xəbər verir ki, müzakirələr bankın iştirakı ilə Ermənistanda yeni enerji sektoru layihələrinin potensial reallaşdırılması ətrafında gedib. Paşinyan Ermənistan və Almaniya arasında əməkdaşlığın davaml

19.04.2024 128
.

Məşhurlar şişmanlaşıb belə oldu

Süni intellekt vasitəsilə bir çox məşhurların şişman halları "yaradılıb". -ın xəbərinə görə, sosial şəbəkələrdə türkiyəli məşhur aktyor və aktrisaların süni intellekt vasitəsilə kökəldilmiş hallarının şəkilləri paylaşılıb. Görünüşləri dəyişən məşhurlar heç də xarizmatik görünməyiblər

18.04.2024 1114
.

İran dövlət televiziyası: İsfahanda 3 dron məhv edilib

İran dövlət televiziyası İsfahan üzərində səmada üç dron müşahidə edildikdən sonra məhv edildiyi açıqlayıb. BİG.AZ xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb. Həmçinin Fars xəbər agentliyi İsfahanın beynəlxalq hava limanı yaxınlığında partlayışların eşidildiyini bildirmişdi. İranın dövlə

19.04.2024 183
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19.04.2024 295
.

"Azərbaycan tərəfi sülhməramlıların missiyasına aid olmasa da,onların bu fəaliyyətinə anlaşıqlı şəkildə yanaşmışdır" - Politoloq

Rusiya sülhməramlı kontingenti Qarabağı tərk edib. Rusiyanın "Krasnaya Zvezda" qəzeti bildirib ki, Rusiya sülhməramlı kontingentinin fəaliyyəti bir vaxtlar münaqişə bölgəsinə sülh və sabitlik gətirib, aparılan əməliyyat məqsədlərinə çatıb və məntiqi nəticəyə gəlib. Mövzu ilə bağlı -a danışa

19.04.2024 340
.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18.04.2024 623
.

Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkd

19.04.2024 338
.

Britaniyanın Baş naziri Sunak: "İsrail-İran gərginliyinin artması heç kimin xeyrinə deyil"

Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib ki, İranın keçən həftə hava hücumundan sonra İsrailin şübhəsiz ki, özünü müdafiə etmək hüququ var, lakin gərginliyin artması heç kimin xeyrinə deyil. xəbər verir ki, Sunak paytaxt Londonda "Center for Social Justice" beyin mərkəzindəki çıxışınd

19.04.2024 155