"Hazırda virusoloqlar koronavirusun bioloji silah olub-olmadığını aydınlaşdırmağa çalışırlar"

"Hazırda virusoloqlar koronavirusun bioloji silah olub-olmadığını aydınlaşdırmağa çalışırlar"
Xəbər verdiyimiz kimi ABŞ-da Covid-19 virusunu yaradan və onu Çinə satmaqda ittiham edilən şəxs saxlanılıb. Koronavirus həqiqətən də müxtəllif ölkələrdə suni ölümləri artıran bioloji silah ola bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan professor Adil Qeybulla bildirib ki, maraqlı olan koronavirusdan ölənlərin sırasında idmançılar, uşaqlar, gənclər və yaşlıların olmasıdır:
"Sağalanlar arasında da yaşı 100-ü keçən insan da var. Qəribə vəziyyət yaranıb. Hər halda respirator virus infeksiyası kimi bununla bağlı araşdırmalar davam edəcək. Ölənlərdən götürülən materilalların izahı, analizi var. Müəyyən dövrdən sonra yəqinki aydınlıq gətiriləcək ki, ölümün əsas səbəbi nədir. Hazırda görünən ağciyər çatışmazlığıdır. Xəstəlik zamanı bədənə oksigen getmir. Bu zaman birinci beyin zədələnir. Beyin hüceyrələrinə oksigen çatmadığına görə xəstə komaya düşür. Nəticədə xəstələr boğulub ölür. Birmənalı olaraq bu xəstəlikdə yaş məhdudiyyəti qoymaq olmur. Yoluxanlar arasında qəribə ölümlər və sağalmalar olur. Bu xəstəliyin tam izahı olmadığına görə şaiyələr də baş alıb gedir. Hazırda ciddi şəkildə iş gedir. Bu virusun haradan əmələ gəlməsi, gələcəkdə hansı formada üzə çıxacağı ilə bağlı bütün məsələlər araşdırılmaqdadır. Bu gün bütün dünyada əsas məsələ sosial izolyasiya tədbirlərinin keçirilməsi, infeksiyanın lokallaşdırılaraq aradan qaldırılmasıdır. İkili infeksiya olmamağı və yenidən baş qaldırmamağı istiqamətində bütün işlər görülür. Dünyanın ən məşhur mərkəzləri, virusoloqlar, genetiklər, bioloqlar bununla bağlı ciddi araşdırmalar aparırlar. Yəqin ki, infeksiya tam aradan qaldırıldıqdan sonra bütün məsələlərə aydınlıq gətirə biləcəyik. Hazırda aydın olmayan məsələlər var. Ona görə də bizim əsas vəzifəmiz profilaktik tədbirlərə riayət etməkdir".

Adil Qeybulla qeyd edib ki, hazırda virusoloqlar bunun bioloji silah olub-olmadığını aydınlaşdırmağa çalışırlar: "Çinlə olan saziş və orda olan qeyri-leqal maliyyə əlaqələri var. Hazırda araşdırmalar aparılır. Arışdırmalar davam etdiyinə görə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Əgər sübut olunsa ki, bu virus məqsədli şəkildə başqa ölkəyə satılıb, bu artıq cinayət məsuliyyəti daşıyan hüquqi məsələdir. Hər halda bütün bunlar Azərbaycandan kənardadır. Hazırda araşdırmalar aparılır. Yəqin ki, zamanla hər şey aydın olacaq. Amma hazırda koronavirus kimi pandemiya ilə üz-üzəyik. Əsas məsələ bu virusdan az itkilərlə canımızı qurtarmağımızdır".

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1821 Tarix: 07.04.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər