Azərbaycanda polis bu şəxsi axtarır - FOTO

Azərbaycanda polis bu şəxsi axtarır - FOTO
Gəncə şəhər sakini evdən çıxaraq geri qayıtmayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BiG.AZ-a məlumat verilib.

Bildirilir ki, Gəncə şəhər sakini, ruhi xəstə, 1969-cu il təvəllüdlü Elsevər Sadıxov martın 26-da yaşadığı evdən çıxıb və Bakı şəhərinə gedərək itkin düşüb.

E. Sadıxovun əlamətləri belədir: boyu 170 sm, arıq bədən quruluşlu, saçları ağ-qara rəngdədir. Evdən çıxan zaman onun əynində göy cins şalvar, şabalıdı rəngli gödəkcə, ayağında qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və onun barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-266-33-75 şəhər və (055) 687-13-73 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Azərbaycanda polis bu şəxsi axtarır - FOTO

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1620 Tarix: 07.04.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər