Alimlərlərdən koronavirus haqqında DAHA BİR YENİLİK - Bu yolla ölümün qarşısı alına bilər

Alimlərlərdən koronavirus haqqında DAHA BİR YENİLİK - Bu yolla ölümün qarşısı alına bilər
Verona və Padua Universitetlərinin mütəxəssisləri koronavirus səbəbiylə ölüm ehtimalını təyin etmək üçün yeni bir texnika kəşf ediblər.

“Ölkə.Az” xəbər verir ki, onlar COVID-19-a yoluxan insanların qanında trombosit sayını araşdırıblar. Alimlər vəziyyəti ağır olan 399 nəfərin xəstəlik tarixçəsini araşdırdıqdan sonra, qanda trombositlərin az miqdarının ciddi xəstəlik və ölüm riskini artırdığı qənaətinə gəliblər.

Bu barədə məlumatı "İzvestiya" nəşri yayıb.

Rus mütəxəssislər də bu üsulun koronavirusa yoluxan xəstələrin sağlamlığının qiymətləndirilməsində perspektivli ola biləcəyinə inanırlar.

İnsanlar bu analizdən istənilən xəstəxanada asanlıqla keçə bilərlər.

Bundan başqa alimlərin fikrincə, qanda trombositlərin sayı hemostatik sistemin vəziyyətini, qanın maye vəziyyətini qorumaq və qanaxmanı dayandırmaq üçün cavabdeh olan bəzi məqamları əks etdirir.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2340 Tarix: 07.04.2020
Bu xəbərləri da oxuyun
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər