"Nə ev təmizləyirəm, nə də yemək bişirirəm" - VİDEO
"Tətbiq edilən karantin rejimi günlərində evdən bayıra çıxmamağa çalışıram. Təbii ki, səhər evdən çıxan, axşam qayıdan insan üçün evdə oturmaq çox çətindir".
BiG.AZ xəbər verir ki, bunu Oxu.Az-a millimizin sabiq üzvü, hazırda "Sabah" klubunun 17 yaşadək futbolçulardan ibarət komandasında (U-17) məşqçi işləyən Saşa Yunisoğlu deyib.
O, zarafatından da qalmayıb:
"Bütün gün evdə oluram. Yox, nə ev təmizləyirəm, nə də yemək bişirirəm. Öz işlərim var. Bütün gün kresloda oturub filmlərə baxıram və uşaqlarla oynayıram".
Ukrayna doğumlu 34 yaşlı məşqçi fiziki formasını qorumaq üçün məşq etdiyini də bildirib:
"Təbii ki, hər gün iki saat intensiv məşq edirəm. Çünki futbolçu karyeramı başa vursam da, məşqsiz qala bilmirəm. Bu, artıq vərdişdir və həyat tərzidir. Həm də iş üçün çox darıxıram.
Məşçilər heyəti ilə birgə komandamız – "Sabah"ın U-17-si üçün ev şəraitinə uyğun hazırlıq proqramını yazırıq. Gələcəyin də məşqlə bağlı işlərini görürəm. Məşqçilik etmək həm məsuliyyətlidir, həm da çox maraqlıdır. Həvəsdən düşmürük. Evdə otursaq da, işləyirik".
Saşa Yunisoğlu koronavirusla mübarizəni də futbol dili ilə izah edib:
"Neyləyək, bu virusa qalib gəlməliyik. Taktikamız da evdə, müdafiədə oturub, əks-hücuma çıxmaqdır. Hələlik ölkə olaraq virusa qarşı müdafiədəyik. Fürsət yaranan kimi, komandamızın kapitanı ilə bərabər hücuma keçəçəyik və inşallah, qalib gələcəyik".
BiG.Az
Telegramda izləyin
instagramda izləyin
İdman Baxılıb: 2294 Tarix: 06 aprel 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşMəşhur futbolçu 18 yaşlı sevgilisinin doğum gününə görə karantini pozdu
Rusiyalı məşhur futbolçu Fyodor Smolov 18 yaşlı sevgilisinin doğum günündə iştirak etmək üçün karantin qadağasını pozaraq, İspaniyadan Rusiyaya gedib. Bu barədə "AS" nəşri məlumat yayıb. F.Smolov bir qədər əvvəl klubu "Selta Viqo"dan ailəsi ilə bağlı problemləri həll etmək məqsədil
06.04.2020 3002 Rüştü Reçber koronavirusa qalib gəldi
Koronavirus infeksiyasına yoluxan futbol üzrə Türkiyə millisinin keçmiş qapıçısı Rüştü Reçber xəstəxanadan evə buraxılıb. NTV xəbər verir ki, Rüştü təxminən 10 günlük müalicədən sonra COVID-19-a qalib gəlib. Xatırladaq ki, mart ayının 29-da tanınmış futbolçunun koronavirusa yoluxması aşkarlanmışdı
06.04.2020 1019 Koronavirusa yoluxan azərbaycanlı idmançı öldü
Fransada yaşayan azərbaycanlı idmançı Zəlimxan İbrahimov koronavirusa yoluxaraq ölüb. -ə istinadən xəbər verir ki, bu barədə Ukraynadakı Qafqaz Xalqları Konsresinin rəhbəri Paşa Məmmədov məlumat yayıb. O, koronavirusa yoluxan yaxın dostunun komaya düşərək vəfat etdiyini yazıb:. "Bu gün Parisdə hospitald
06.04.2020 7641 Şarapovadan gözlənilməz addım: Telefon nömrəsini paylaşdı - FOTO
Karyerasını başa vuran rusiyalı tennisçi Mariya Şarapova gözlənilməz addım atıb. BİG.AZ -a istinadən xəbər verir ki, o, özünün rəsmi İnstaqram səhifəsində telefon nömrəsini yazaraq izləyicilərini ona mesaj yazmağa çağırıb:. "Ötən həftə 150 izləyicimlə əla videokonfrans etdik. Biz söhbəti başa vursa
05.04.2020 3514 "Koronavirusdan qorxmuram" - İbrahimoviç
Mövsümün sonunda "Milan"la müqaviləsi başa çatacaq Zlatan İbrahimoviç klubdan ayrılacağı barədə yayılan xəbərə münasibət bildirib. BİG.AZ -a istinadən xəbər verir ki, isveçli hücumçu hazırda futbol barədə düşünmədiyini deyib:. "Hazırda karyermı bitirmək mövzusunda nə düşündüyümü özüm d
03.04.2020 1140 18+ sayta girdi, biabır oldu - FOTO
İngiltərənin "Norviç" klubunda çıxış edən Timm Kloze "Instagram"da etdiyi bir paylaşımda özünü biabır edib. -a istinadən xəbər verir ki, karantində gününü necə keçirdiyini izləyicilərinə göstərmək istəyən isveçrəli futbolçu foto paylaşıb. Buzaman kompyuterin ekranında porno sayt açı
03.04.2020 3408 "Afrika sizin üçün test laboratoriyası deyil" - Eto’O və Droqbadan kəskin etiraz
Didye Droqba və Samuel Eto'O fransalı alimlərin koronavirus pandemiyasına qarşı peyvəndi Afrikada sınaqdan keçirmək təklifinə sərt reaksiya veriblər. -a istinadən xəbər verir ki, sosial şəbəkədə paylaşım edən afrikalı keçmiş veteran futbolçular bu materikin sınaq labaratoriyası olmadığını qeyd ediblər
03.04.2020 1970 Neymar karantini BURADA keçirir - 50 milyonluq SARAYDAN FOTOLAR
Bütün dünyanı alt-üst edən koronavirus pandemiyası futbol oyunçularının həyatına da təsir göstərib. BİG.AZ-ın superhaber.tv-yə istinadən verdiyi xəbərə görə, braziliyalı futbol ulduzu, PSJ hücumçusu Neymar koronavirus səbəbilə dostlarıyla birgə 7 milyon funt sterlinq dəyəri olan evdə karantin müddətin
03.04.2020 2788 Ronaldonun BU FOTOSU qalmaqala SƏBƏB OLDU
Karantin günlərini doğma ölkəsi Portuqaliyanın Madeyra adalarında keçirən məşhur futbolçu Kriştiano Ronaldonun ailə gəzintisini əks etdirən foto böyük qalmaqala səbəbə olub. BİG.AZ-ın superhaber.tv-yə istinadən verdiyi xəbərə görə, koronavirus səbəbiylə özünü təcrid edən futbolçu Rafael Masedo adlı yerl
03.04.2020 8509