Azərbaycan Ordusunda karantin qaydalarına necə əməl edilir?

Azərbaycan Ordusunda karantin qaydalarına necə əməl edilir?"Müdafiə Nazirliyi pandemiya dövründə şəxsi heyətin təhlükəsizliyini tam qorumaq məqsədilə lazımi tədbirlər həyata keçirib. Hərbi hissələrin xüsusi məhlul vasitəsilə dezinfeksiya olumasına tapşırıq verilib və bu işlər davamlı olaraq icra edilir".

Bunu "Report"a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
O bildirib ki, Azərbaycan Ordusunda bütün təhlükəszilik tədbirlərinə hələ fevral ayından başlanılıb: "Fevral ayından etibarən pandemiyaya görə dünyanın bir çox ölkələrində vəziyyət gərginləşib. Bunu görən Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyi də ordunun şəxsi heyətini koronavirusdan qorumaq üçün ciddi tədbirlər görməyə başladı. İlk addım əsgərlərin valideynləri, yaxınları ilə görüşün məhdudlaşdırıması oldu. Bu qərar mart ayının əvvəlində verildi və açıq şəkildə bildirildi ki, müəyyən vaxt keçdikdən sonra əsgərlər öz valideynləri, yaxınları ilə video-görüntülü təmas quracaqlar. Novruz bayramı ərəfəsində bu təmas quruldu".

Hərbi ekspert Ramil Məmmədli:

"Sevindirici haldır ki, Azərbaycan Ordusunda bir nəfərdə də olsun yoluxma halı aşkarlanmayıb".
Hərbi ekspert bu tədbirlərin nəticəsi olaraq hazırda Azərbaycan Ordusunda koronavirusa yoluxma faktının qeydə alınmadığını deyib. O, belə halın nə əsgər, nə gizir, nə də zabit heyəti arasında olduğunu bildirib: "Sevindirici haldır ki, Azərbaycan Ordusunda bir nəfərdə də olsun yoluxma halı aşkarlanmayıb. Çünki bütün qabaqlayıcı tədbirlər lazımi səviyyədə və vaxtında həyata keçirilib. Azərbaycan Ordusu yarandığı gündən Sovet ordusunun formatını davam etdirərək Kimya Qoşunlarını formalaşdırdıq. Bu birləşmə ola biləcək kimyəvi, radiaktiv hadisələrin qarşısını almaq üçün tədbirlər görür. Bundan başqa Müdafiə Nazirliyinin Tibb Baş İdarələri var. Burada həkim heyəti, virusoloqlar və digər ixtisaslar üzrə tibb işçiləri fəaliyyət göstərir. Bu insanlar şəxsi heyətin sağlalığını qoruyurlar. Məhz bu tibbi heyət koronavirusla bağlı yaranmış narahatlığın qarşısının alınması və şəxsi heyətin gigiyenik normalara əməl etməsi üçün öz üzərinə düşən vəzifəni yerinə yetirir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1198   Tarix: 06 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589