"Səylərin qırılsın" - Nura bir-birinə sabun ötürən məşhurları tənqid etdi

"Səylərin qırılsın" - Nura bir-birinə sabun ötürən məşhurları tənqid etdi

Xəbər verdiyimiz kimi, bəzi məşhurların birləşərək əl yumaqla bağlı videoçarx hazırlayıblar. Koronavirus səbəbi ilə evdə qalmağı və tez-tez əl yumağı tövsiyyə edən məşhurlar bunu əyani şəkildə də göstəriblər.

BiG.AZ xəbər verir ki, video çoxları tərəfindən təqdirəlayiq addım kimi qiymətləndirilib, təriflərə səbəb olsa da, bəyənməyənlər də tapılıb. Belə ki, müğənni Nura Suri sosial media hesabında #səylərinqırılsın haştağı ilə post paylaşaraq "Bu sabun ötürmə videosunun mənası nədir?" sualını ünvanlayıb.

Postdan müğənninin videonun mövzusunu bəyənmədiyi bəlli olub. Şərhlərdə hər kəs ona haqq qazandırıb. Aktyor və müğənni Cavidan Novruz da onun fikrinə qatılaraq "Halaldır sənə Nura. Açığı o videoya baxanda mənim də ətim töküldü. Mənə saxta gəldi. Doğruları dediyinə görə səni çox istəyirəm. Belə şeyləri hər zaman tez tutmusan. Belə davam et" şərhini yazıb. Nura bu fikrə qarşılıq olaraq "Bizim məşhurlar hamamda əl yuya-yuya sabun ötürürlər bir-birlərinə. Elə sevincək edirlər, guya bunlardan başqa heç kimdə sabun yoxdur" yazıb.

"Səylərin qırılsın" - Nura bir-birinə sabun ötürən məşhurları tənqid etdi

Lamiyə Məmmədova

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2798 Tarix: 06.04.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər