Ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi barədə qərar qüvvəyə minib - VİDEO

Ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi barədə qərar qüvvəyə minib - VİDEO
Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkətə məhdudiyyət qoyulub.Vətəndaşlar yalnız bəzi qaydalara əməl etdikdən sonra küçəyə çıxa bilərlər.

Xezerxeber.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə hərəkət məhdudiyyətlərinin tətbiq edilməsi ilə bağlı açıqladığı qaydaya görə, vətəndaşlar yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədi ilə 3 kateqoriya üzrə 8103 nömrəsinə pulsuz sms göndərib 2 saatlıq icazə ala bilərlər. Bəs görəsən bu qaydalara necə əməl olunur?

Paytaxtın Nəsimi rayonu ərazisində, metronun "28 May” stansiyası yaxınlığında aparadığımız müşahidələr zamanı yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədi ilə SMS xidmətindən istifadə edən vətəndaşlara rast gəldik. Polis əməkdaşları həmin şəxslərin mobil telefonlarında olan məlumatı oxuduqdan sonra sərbəst buraxdı.

Bəzi vətəndaşlar isə iş yeri barədə arayış təqdim etdiyindən onların hərəkətinə icazə verildi.

Dəfələrlə tövsiyə və xəbərdarlıq edilməsinə baxmayaraq qaydalara əməl etməyən vətəndaşlar da polis əməkdaşlarının gözündən yayınmadı. Onlar barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq 100-200 manat məbləğində cərimə tətbiq edildi.

Qeyd edək ki, ölkə ərazisində xüsusi karantin rejimi aprel ayının 20-ə kimi davam edəcək.


BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2382 Tarix: 05.04.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər