Azərbaycanda internetin zəif olmasının səbəbi açıqlandı

Azərbaycanda internetin zəif olmasının səbəbi açıqlandı"Azərbaycanda internetin sürəti ilə bağlı sosial şəbəkələr və digər mənbələrdə müxtəlif fikirlər səslənir. Biz də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olaraq bunu ciddi şəkildə izləyirik.

Bunu "Real TV"-də yayımlanan "Real intervyu" verilişinə müsahibəsində nazir müavini Elmir Vəlizadə bildirib. Onun sözlərinə görə, nazirliyin zəng mərkəzi mövcuddur və istifadəçilər belə hallarla rastlaşdıqda Bakı şəhəri üzrə 155, rayonlar üzrə 1655 telefon nömrəsinə zəng edə bilərlər.

"Araşdırmalar göstərir ki, Bakı şəhərində internetlə bağlı şikayətlərin sayı günbəgün azalır. Müraciət olunan bütün problemləri nazirliyin əməkdaşları diqqətdə saxlayırlar. Hər bir müraciətə operativ reaksiya verilir, evlərə gedilir".

E. Vəlizadə qeyd edib ki, evlərə gedən əməkdaşların hamısı fərdi qoruyucu tibbi maskalardan və əlcəklərdən istifadə edirlər: "İstəmirik ki, bizim fəaliyyətimizdə müəyyən qədər problemlər yaransın. Onlar həm özlərini, həm də getdikləri ailələri qoruyurlar. Hər bir müraciət araşdırılır və çox operativ reaksiya göstərilir".

Nazir müavini bildirib ki, ancaq vətəndaş bilməlidir ki, onların xüsusən sabit telefon xətləri və fiberoptik xətlərlə aldıqları tutum dəyişməyib: "Ancaq evlərdə istifadəçilərin sayı artıb. Ola bilər ki, bu səbəbdən sürətin azalmasını hiss etsinlər. Heç kim evdə qalaraq özünün internet sürətini və tutumunu artırmayıb, əksinə istifadəçi sayı artıb. Artım var və biz də bu artımı müşahidə edirik. Ancaq bu artım kritik həddə deyil. Ölkəmizin beynəlxalq internet tutumu çox böyük bir həcmdədir. Biz hazırda bu tutumun heç yarısını da istifadə etmirik. Bunun üçün də istifadəçilər bu internetdən öz tələbatları üçün rahat şəkildə istifadə edə bilərlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5543   Tarix: 05 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693