Rusiyanın koronavirusu yox edən peyvəndi hazırdır - Bu tarixdən TƏTBİQ EDİLƏCƏK

Rusiyanın koronavirusu yox edən peyvəndi hazırdır - Bu tarixdən TƏTBİQ EDİLƏCƏK
Rusiya Vektor Dövlət Virusologiya və Biotexnologiya Elm Mərkəzi koronavirusa qarşı hazırladığı peyvəndi bəzi heyvanlar üzərinə sınaqdan keçirib.

Bu barədə mərkəzin rəhbəri Rinat Maksyutov danışıb.

Dövlət televizyasına açıqlama verən Maksyutov peyvəndin laborator işlərinin davam etdiyini və iyun ayından etibarən insanlar üzərinə sınaqlara başlanılacağını deyib: “Bu vaxta qədər siçanlar və mışovullar üzərində sınaq aparılıb. Primatlar üzərində peyvəndləmə davam edir. Laborator sınaqlar aprelin sonunda başa çatmalıdır”.

Rusiya Koronavirusla Mübarizə Mərləzinin məlumatına görə, ölkədə 4 min 731 nəfər koronavirusa yoluxub. Ölü sayı 43-dür.(publika)

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 9666 Tarix: 04.04.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər