Nə koronavirus, nə xərçəng... - Gələcəkdə öldürən xəstəliklərdən biri BU OLACAQ

Nə koronavirus, nə xərçəng... - Gələcəkdə öldürən xəstəliklərdən biri BU OLACAQ
Gələcəkdə ölümə səbəb olan 5 xəstəlikdən biri müəyyənləşib.

BiG.AZ Lent.az-a istinadən xəbər verir ki, doktor Bülent Tokgöz lazımi tədbirlər görülməsə, 2040-cı ildə ölümə səbəb olan 5 xəstəlikdən birinin xroniki böyrək çatışmazlığı olacağını söyləyib:

"Həkim göstərişi olmadan dərman istifadə etməyin, həddən artıq duz yeməyin. Orqanizminizi susuz qoymayın, siqaret çəkməyin. Həyacanlandığınız vaxt özünüzü ələ almağı bacarın. Dünyada xroniki böyrək xəstəliklərinin yükü get-gedə artır. Əgər qabaqlayıcı tədbirlər görülməsə, 2040-cı ildə ölümə aparan 5 xəstəlikdən biri də bu olacaq".

Bundan əlavə, həkim Tokgöz xroniki böyrək xəstəliklərinin müalicəsinin olduqca baha olduğunu da dilə gətirib. Hazırda dünyada bu xəstəlikdən 700 milyon insan əziyyət çəkir. Hər il 2.5 milyon insan bu səbəbdən dünyasını dəyişir.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 8633 Tarix: 04.04.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər