Rusiyadan qayıdan Azərbaycan vətəndaşları karantinə yerləşdiriliblər

Rusiyadan qayıdan Azərbaycan vətəndaşları karantinə yerləşdiriliblərAzərbaycan və Rusiya arasında əldə olunan razılı­ğa əsasən və Azərbaycan Nazirlər Ka­bineti yanında Operativ Qərargahın 31 mart tarixli qərarına uyğun olaraq aprel ayı­nın 4-də saat 11:00-dan başlamaqla "Samur" dövlət sərhədindən bura­xılış məntəqəsində Rusiyadan ölkə ərazisinə gələn Azərbaycan Respub­likası vətəndaşlarının qəbulu, ölkə ərazisinə bu­ra­xılmaları, ilkin müayinə olunmaları və karantin rejimində təcrid edilmələri üzrə tədbirlər həyata keçirilib.
Dövlət Sərhəd Xidmətindən "Report"a verilən məlumata görə, ölkəyə daxil olan şəxsləri qarşılayan Azərbaycan sərhədçiləri tərəfindən sərhəd və gömrük nəzarətindən sonra "Tibbi Ərazi Böl­mə­lərinin İda­rəetmə Birliyi" (TƏBİB) ilə qarşılıqlı əlaqədə onların zəruri karantin rejimi tədbirlərinə cəlb olunmaları təşkil edilib.

Dövlət sərhədini keçdikdən sonra vətəndaşların hər birinə xüsusi qoru­yucu maskalar və digər təhlükəsizlik vasitələri verilib, onlar Azərbay­canda elan olunan xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq sərhədyanı rayon­ların ərazisində bu məqsədlər üçün ayrılan mərkəz­lərdə müəyyən olunan müddətlərdə karantin rejiminə yerləşdirilirlər.

Bildirilib ki, Prezident İl­ham Əliyevin tapşırığına əsasən Dövlət Sər­həd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev aprel 4-də "Samur" dövlət sər­hədindən buraxılış məntəqəsində olub və Rusiyadan gələcək vətəndaşların qarşılanması və sanitar-karantin tədbir­lərinə cəlb olunması üzrə hazırlıq vəziyyətini yoxlayıb.

Dövlət sərhədin­dən buraxılış məntəqəsində xidmət apa­ran şəxsi heyətin təhlükə­siz­liyinin təmin edilməsi və sağlam­lıqlarının qo­runması üçün görül­ən işlər nəzərdən keçirilib, zəruri tapşırıq və göstərişlər verilib. Ka­­rantində saxlanılacaq şəxslərin qalması üçün ayrılan yerlərə və yaradılan şəraitə, həmin şəxslərin daşınması üçün nə­zərdə tutul­an nəqliyyat vasitələrinə baxış keçirilib.
Dövlət sərhədindən ölkə ərazisinə buraxılan vətəndaşlarla gö­rüş keçirilib, Prezident İl­ham Əliyevin rəhbərliyi altında koronavirus infeksiyasına qarşı mü­barizə çərçivəsində görülən işlər haqqında onlara geniş məlumat ve­rilib, xahiş və müraciətləri dinlə­nilib.
Söhbət zamanı vətəndaşlar Azərbaycan Respublikasının və Ru­­­siya Federasiyasının dövlət sərhədlərindən gediş-gəlişin tam məh­­­­dudlaşdırıldığı bir zamanda onların Azərbaycana qayıda bilmə­ləri üçün yaradılan şəraitə görə Prezi­dent İlham Əliyevə və Bi­rinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin min­nətdarlıqlarını bildirib, bu halı dövlətin öz vətəndaşına göstərə bil­diyi diqqət və qayğının ali nümunəsi olmasını qeyd ediblər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2035   Tarix: 04 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281