Koronavirusa yoluxan Neftçala sakini: "Nəfəs almaq mənim üçün çətin idi..." - MÜSAHİBƏ

Koronavirusa yoluxan Neftçala sakini: "Nəfəs almaq mənim üçün çətin idi..." - MÜSAHİBƏAzərbaycanda bu günə qədər 443 koronavirusa yoluxma halı təsdiqlənib. Onlardan 32-si sağalıb, beşi isə ölüb. 406 xəstənin müalicəsi davam edir.

Media.Az koronavirus infeksiyası aşkarlanan Azərbaycan vətəndaşlarından biri ilə danışa bilib.

Hazırda Masallı Rayon Mərkəzi Xəstəxanasında olan 32 yaşlı Neftçala rayon sakini adının açıqlanmamasını istəyib.

- COVID-19-a harada və necə yoluxduğunuzu təxmin edə bilirsiniz?

- Heç bir fikrim yoxdur. Karantin elan edilməmişdən əvvəl, bir çox obyekt hələ bağlanmamış mən aktiv həyat tərzi keçirirdim: gəzir, bazara və dükanlara gedirdim. Düşünürəm ki, koronavirusa yoluxmuş şəxsin təmasda olduğu səthə toxunduqdan sonra əllərimi gözlərimə və ya ağzıma vurmuşam, axı buna nəzarət etmək çətindir.

- Virusun ilk əlamətlərini nə vaxt hiss etdiniz?

- Martın 26-da özümü pis hiss etdim. Nəfəs almaq mənim üçün çətin idi, boğulma tutmaları oldu, temperaturum bir az yüksəldi. Həmin gün İtaliyada və İspaniyada insanların koronavirusdan kütləvi şəkildə öldüyü barədə çoxlu xəbərlər oxudum və təlaşa düşdüm. Koronavirusa yoluxduğum barədə fikirlər məni rahat buraxmırdı. Nə qədər həyəcan keçirirdimsə, bir o qədər də halım pisləşirdi.

- Təcili yardım çağırdınız?

- Mediada yazırdılar ki, nəfəs almada çətinləşmə və yüksək qızdırma olarsa, təcili tibbi yardıma müraciət etməliyik. Anladım ki, həqiqətən də, məndə koronavirus varsa, digər insanları da yoluxa bilərəm. Əvvəldən səhhətim barədə məlumat verməklə həkim çağırdıq.

- Koronavirus testindən keçdiniz?

- Bəli, həkimlər boğazımdan yaxma götürdülər, otaqdan çıxmağı və digər ailə üzvləri ilə təmasda olmağı qadağan etdilər. Yaşadığım evin həyətində yaşamaq üçün hər cür şəraiti olan otaq var. Mən analizin nəticəsi bilinənə qədər bir müddət özünütəcrid məqsədi ilə ora köçdüm. Bu müddət ərzində temperaturum gah yüksəlirdi, gah da sabitləşirdi. Özümü çox pis hiss etdiyimi deyə bilmərəm.

- Cavabı nə vaxta qədər gözləməli oldunuz?

- Martın 31-də həm təcili yardım maşını, həm də polis gəldi. Dedilər ki, təcili olaraq məni karantinə almaq lazımdır, çünki testdə koronavirusa yoluxduğum təsdiqlənib. Beləliklə, məni Masallı Rayon Mərkəzi Xəstəxanasına apardılar.

- Ailəniz də karantinə alındı?

- Bəli, amma xəstəxanada yox. Onlar evdə özünütəcrid vəziyyətindədirlər. Onlardan da COVID-19 testi götürülüb, amma nəticələr hələ bilinmir. Ümid edirəm ki, mənfi olacaq.

- Müalicəniz necə keçir?

- Özümü yaxşı hiss etdiyimə və temperaturumun 38 dərəcədən çox olmamasına görə mənə dərman vermirlər. Məni daha çox müşahidə altında saxlayırlar, vəziyyətimə nəzarət edirlər. Burada qalmağımın əsas məqsədi karantin tədbiridir. Başqalarına yoluxdurmamağım vacibdir.

- Vəziyyətinizi təsvir edin...

- Tipik simptomlarım yoxdur: başım ağrımır, başgicəllənməm, qusma və ishal yoxdur, boğazım ağrımır, burnum tıxanmır, dad və qoxu hiss edirəm, hətta öskürək belə olmur. Yeganə problemim qızdırma və zəiflikdir.

- Xəstəxana şəraiti necədir?

- Hər şey məni qane edir. Vəziyyətim mütəmadi yoxlanılır, temperaturum ölçülür, testlər üçün qan verdim. Səhiyyə işçilərinin qayğısını hiss edirəm. Bütün xəstələrə çox nəzakətlə davranırlar. Bizə vaxtında yemək verirlər. Yalnız şüşə butulkada olan su içirik. Palatalar təmir olunub, təmizdir. Mənə izah etdilər ki, mənim vəziyyətimdə dərmanlara ehtiyac yoxdur, çünki bədənim cavandır, virusa uğurla müqavimət göstərir və hər şey nəzarət altındadır.

- Bəzi insanlar təcrid olunmaqdan qorxaraq, təcili yardım çağırmırlar...

- Karantindən qorxmayın. Burada pis bir şey yoxdur. Bu, cəmiyyətin təhlükəsizliyi, Azərbaycanda insanların sağlam qalması üçün edilir. Məsuliyyətli olmalı və yalnız özünüzü deyil, yaşlılar və xroniki xəstəlikləri olan insanları da düşünməlisiniz. Normal vaxtlarda hərarətiniz varsa, heç kim sizi təcrid etməz.

- Oxucularımıza nə demək istərdiniz?

- Güclü immuniteti olan gənclər koronavirusa yaxşı tab gətirirlər. Düşünürəm ki, hətta xəstələndiyini fərq etmədən sağalan insanlar var. Mənim tövsiyəm təlaşa düşməmək, hər şeyə məsuliyyətlə yanaşmaq, ölkəmizdə koronavirusun yayılmasının qarşısını almaq üçün həkimlərin və hökumətin bütün tapşırıqlarına əməl etməkdir.

Xəstəliyi asan keçirə bilərsiniz, ancaq ehtiyatsızlıq səbəbindən zəif immunitet sistemi olan insanları yoluxdurarsınız, hansı ki, hətta ölümlə nəticələnə bilər. Küçəyə çıxmamağa çalışın, çünki insanlar COVID-19-a yoluxduğunu anlamaya bilər. Bütün azərbaycanlıları əlləri yumaq və spirtləmək, özünütəcrid barədə tövsiyələrə əməl etməyə çağırıram.

Həmçinin, insanlardan koronavirusa yoluxanlara dəstək olmalarını xahiş etmək istərdim. Mənəvi dəstək bizim üçün çox vacibdir. Bu, təlaşa düşməməyimizə kömək edir. Yaxınlar, qohumlar, dostlar nə qədər tez-tez zəng etsələr, maraqlansalar, özümü bir o qədər yaxşı hiss edirəm, xəstəlik daha az yadıma düşür.

Əgər belə dostlarınız varsa, onda videozəng etmək üçün ərinməyin, axı bu, çox ucuzdur. Təsəvvür edin ki, illərlə görmədiyim insanlar mənə zəng edir. Məsələn, dünən mənimlə paralel sinifdə oxuyan tanışım zəng edib. O, mənim nömrəmi tapıb və dəstək üçün mənimlə əlaqə saxlayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4975   Tarix: 04 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"X"da daha bir yenilik

"X" sosial şəbəkəsinin sahibi İlon Mask yenilik edəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə o özü bildirib. Dəyişikliyə əsasən yeni istifadəçilər tvit göndərmək, bəyənmək və rəy bildirmək üçün ödəniş etməli olacaqlar

17.04.2024 282
.

Birinci ledi haqqında serial çəkilir

Fransanın birinci xanımı Bricit Makronun həyatı yeni serialın mövzusu olacaq. xarici mediaya istinadən xəbər verir ki, "Bridget, a free woman" adlı altı hissədən ibarət serial Emmanuel Makronun həyat yoldaşının həyatından bəhs edəcək. Serial cütlüyün ilk görüşü ilə başlayacaq. Bricit Makro

17.04.2024 384
.

"Rusiya XİN sözçüsünün Ermənistandan qovulan azərbaycanlılar faktını təsdiqləməsigörüləcək işlərin həcmcə böyük olacağına işarədir"

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtması üçün böyük həcmdə işlər görülməlidir. Mövzu ilə bağlı -a danışan politoloq Elşən Manafov qeyd edib ki, Qər

18.04.2024 356
.

Sumqayıtda itin insanlardan su istəməsi görüntüsü gündəm oldu - VİDEO

Sumqayıt şəhərində maraqlı hadisə baş verib. xəbər verir ki, şəhərdə itlərdən biri ağzında qab gətirərək insanlardan su istəyib. Görüntülər sosial şəbəkədə izlənmə rekordu qırıb. Deyilənə görə, həmin it hər gün eyni formada gələrək insanlardan su istəyir. Videonu BURADAN izləyin

18.04.2024 1570
.

Dərnəgüldə YANĞIN - VİDEO

Bu gün günorta saatlarında Dərnəgüldə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) BİG.AZ-a verilən məlumata görə, yanğın 44 kvadratmetrlik taxta konstruksiyalı, birmərtəbəli tikilidə baş verib. FHN-in Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının həyata keçirdikləri operativ tədbirlə

17.04.2024 533
.

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq. Axşam.az "Xəzərxəbər.az"a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. Onun sözlərinə görə, bununla bağlı ilin sonuna kimi qanunvericiliyə dəyişikliklər ediləcək. Nazir qey

18.04.2024 943
.

Şimşək çaxacaq, dolu düşəcək

Aprelin 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 isti, gündüz 22-2

18.04.2024 568
.

"Trans yağların yaratdığı bütün zərərli təsirlərdən qorunmağın ən asan üsulu balanslı qidalanmaqdır" - Qida eksperti

Azərbaycan bu ildən etibarən trans yağ turşuları ilə mübarizə sahəsində görülən işlərlə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanan "Ölkələrin Qiymətləndirmə Aləti"ndə 2-ci səviyyədən 3-cü səviyyəyə yüksəlib. Qida eksperti Fərid Səfərov -a bildirib ki, süni trans yağ maye yağları

18.04.2024 437
.

Bakı küçələrində lüt qaçan kişi xəstəxanaya yerləşdirildi

Sosial şəbəkələrdə küçədə lüt gəzən kişinin görüntüləri yayılıb. -ın əldə etdiyi məlumata görə, küçədə çılpaq gəzən şəxsin sosial şəbəkələrdə əks olunan görüntüləri araşdırılıb. Polis tərəfindən 1986-cı il təvəllüdlü şəxs müəyyən olunub. Qardaşının müraciəti əsasında onun sağlamlıq vəziyyəti nəzərə alınara

18.04.2024 677