Koronavirusu ilk aşkar edən infeksionist həkimdən ŞOK ETİRAFLAR

Koronavirusu ilk aşkar edən infeksionist həkimdən ŞOK ETİRAFLARCOVİD-19 koronavirus infeksiyası simptomları ilə ilk xəstə 2019-cu ilin dekabrın 27-də Uxan şəhər Mərkəzi xəstəxanasına daxil olub. Bu barədə Uhan şəhərinin Mərkəzi xəstəxanasının həkimi Ay Fen Çinin "Jenu" jurnalına müsahibəsində deyir.

BiG.AZ ölkə.az-a istinadən xəbər verir ki, çinli həkim Ay Fenin jurnala verdiyi müsahibəsində xəstə infeksiyanı çox ağrı formada keçirirdi, ancaq onda hansı infeksion xəstəliyin olduğunu müəyyən edə bilmirdik. "Xəstəni 10 gün müalicə etsək də, nəticə vermirdi. Pasiyentin vəziyyəti getdikcə ağırlaşırdı. Bu müddət ərzində bir neçə belə xəstə xəstəxanaya daxil oldu. Laborator analizlər nəticəsində xəstələrin ağ ciyərlərində kəskin respiratorlu bakteriyalar, SARS koronavirus və digər bakterioloji çöplər aşkar edildi. Xəstlərin analizlərinin nəticələri barədə xəstəxananın pulmonolgiya şöbəsinin müdirinə təqdim etdik. O nəticələrə baxdıqdan sonra dedi ki, çox pis..."- həkim bildirib.

Çinli həkim Ay Fen bildirib ki, həmin gecə rəhbərlikdən bir neçə təhdid dolu xəbərdarlıq məlumatı alıb. Ona xəbərdarlıq edilib ki, yeni xəstəlik barədə heç kimə bir kəlmə də deməsin. "Mən bütün gecəni yata bilmədim və baş verənlər barədə düşündüm"- Ay Fen bildirib.

O deyir ki, səhəri gün onu xəstəxananın nizam-intizam komissiyasına çağırıblar və ona və daha digər 8 həkimə orada şiddətli töhmət verilib. Həkimlərin cəzalandırılmasına səbəb isə WeChat vasitəsi ilə yeni xəstəliyi digər xəstəxana həkimləri ilə müzakirə etməsi olub. Ay Fen deyir ki, bütün məsuliyyəti üzərimə götürməyimə baxmayraq, nəticəsi olmadı və digər 8 həkim də cəzalandırıldı.

Ay Fen bundan sonra rəhbərliklə görüşərək tutduğu vəzifədən azad edilməsini istəsə də, rəhbərlikdən yox cavabı alır. "Axşam evə döndükdən sonra ərimə bildirdim ki, əgər başıma bir iş gələrsə, uşaqların tərbiyəsi ilə məşğul ol"- həkim jurnala müsahibəsində deyir.

Bundan sonra həkim koronavirus haqqında hətta yaxınlarına bir kəlmə deməsə də, onlara maska taxıb,insanların çox olduğu yerdə, küçədə gəzməməyi tövsiyyə edir.

Buna baxmayaraq Çin hökuməti yeni virusla bağlı mumdünya Səhiyyə Təşkilatını məlumatlandırır.

Ay Fen yanvar ayında işə çıxır. Həkimlər baş verən hadisələrədən narahat olsa da, real təhlükədən qorunmaq üçün onlar belə xəbərdar edilmir. Bu barədə həkimlər ancaq öz aralarında gizli söhbətlər zamanı bir-birini xəbərdar edib. Bu barədə SMS və ya messencerlə yazmaq qadağan olunub. Hətta həkim və tibb bacılarına qoruyucu maska taxmaq qadağan olunub. Məqsəd panika yaratmamaq olub.
Ay Fen deyir ki, vəziyyət günbə-gün, saatba saat pisləşməyə doğru gedirdi. Xəstələrin sayı getdikcə artırdı. Hətta vəziyyət o həddə çatır ki, tibb işçilərindən biri bu virusa yoluxur.

Ancaq yanvarın 16-da Uhan tibb işçilərinin təcili toplantısında virusun insanlardan bir-birinə keçməsi barədə məsələ gündəmə gətirilir. Yeni koronavirusla bağlı vəziyyət, ancaq 83 yaşlı akademik və 2003-cü ildə SARS koronavirusunu aşkar edən Çjun Nanşan Uhana gəldikdən sonra dəyişir. 83 yaşlı epidomoloq Uhan şəhərinin bütövlükdə epidemiyaya yoluxduğunun şahidi olur. Akdemik yanvarın 19-da yeni növ koronavirus barədə jurnalistlərə açıqlama veri və bundan bir gün sonra - yanvarın 20-də Çin rəhbərliyi kornavirusla bağlı yaranan böhrana qarşı mübarizəni üzərinə götürür. Məhz bundan sonra yeni koronavirusa qarşı ciddi mübarizə başlanılır. Görülən tədbirlərə baxmayaraq xəstələrin sayı sürətlə artırdı.

Ay Fen deyir ki, xəstəxanalarda yer olmadığından, pasientləri dəhlizlərdə yerləşdirməli olurduq. Hətta elə vəziyyət yaranıb ki, xəstələri qəbul etmək çətin olduğundan, onlar xəstəxana yaxınlığında ölüb.

Ay Fen jurnala müsahibəsində etiraf edərək deyir ki, çox təəssüf edirəm mən dekabrda rəhbərliyim tələbinə əməl edərək susdum: "Əgər bilsəydim vəziyyət bu həddə gələcək, onların töhmətlərinə tüpürərək xəstəlik barədə hər gördüyüm insana məlumat verərdim. Bu həyatım bahasına başıma gəlsəydi belə..."

O deyib ki, vaxtında tədbir görülsəydi epidemiyanın qarşısını almaq olardı.

Qeyd edək ki, Ay Fenin müsahibəsi "Jenu" jurnalında martın 10-da çıxır. Həmin müsahibə 3 saatdan sonra jurnalın saytından çıxarılır. Jurnal isə satış köşklərindən yığışdırılır.

Martın 29-da Avstraliyanın "60 Minute Australia" teleproqramı bəzyn edir ki, Ay Fen "Jenu" jurnalına müsahibəsindən sonra yoxa çıxıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9769   Tarix: 03 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Fatimə dəyişib belə oldu - FOTOlar

Rəqqasə Fatimə Fətəliyeva görünüşündə dəyişiklik edib. axşam.az-a istinadən xəbər verir ki, sənətçi saç düzümünü dəyişərək, kəkil kəsdirib

24.04.2024 726
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. BİG.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfat

24.04.2024 298
.

Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, əmisi ilə birgə Türkiyə ilə Rusiya arasında sərnişindaşıma ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında həlak olduğu bildirilib. Vətən müharibəsind

24.04.2024 548
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

24.04.2024 149
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. BİG.AZ xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24.04.2024 175
.

Sabah temperatur 31 dərəcəyə qalxacaq

Aprelin 25-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

24.04.2024 419
.

İsrail Qəzzaya yenidən hücum etdi

İsrail ordusunun gecədən bəri işğal olunmuş və blokadaya alınmış Qəzza zolağına hücumları davam edir. BİG.az xəbər verir ki, hadisə nəticəsində bir çox insan həlak olub, onlarla insan yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb. Məlumata görə, Nusayrat qaçqın düşərgəsindək

24.04.2024 137
.

İsrail əsgərləri Qərbi Şəriyədə 15 fələstinlini həbs edib

İsrail əsgərləri işğal altında olan Qərb sahilində daha 15 fələstinlini həbs ediblər. BİG.AZ xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatı məlumat yayıb. İsrail əsgərləri Şərqi Yerusəlimdə, eləcə də Nablus, Jenin, Xebron və Ramallah şəhərlərində fələstinlilərin evlərinə basqınlar ediblər. Qey

24.04.2024 237
.

Rusiya: "ABŞ-nin Ukraynaya göndərəcəyi silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək"

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ-nin Ukraynaya göndərməyə hazırlaşdığı silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək. xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb. "Münaqişə bölgəsindəki vəziyyət çox aydındır. Bununla belə, yəqi

24.04.2024 174