Aprel döyüşləri - münaqişənin həlli yolu, Ermənistanda dəyişən hakimiyyət - ŞƏRH

Aprel döyüşləri - münaqişənin həlli yolu, Ermənistanda dəyişən hakimiyyət - ŞƏRHAzərbaycan tarixinə elə bu adla da düşəcək: "Aprel döyüşləri". Bunun heç ili də yazılmayacaq, yaxud ona ehtiyac olmayacaq. Çünki bu tarixi gün torpaqlarının azad edilməsi uğrunda Azərbaycan Ordusunun gücünün, xalqın öz yurdunu işğalçıdan təmizləməsi istəyinin, əzminin göstəricisidir.

2016-cı ildə döyüş niyə başladı? Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalır. Təxribatlar zamanı dinc əhaliyə hücumlar olur. Silahlı Qüvvələrimizin həyata keçirdiyi əks-həmlə əməliyyatının məqsədi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrinə törətdiyi təhlükəni aradan qaldırmaq idi.

Ordumuzun zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edilib, 320 hərbçisi öldürülüb, 500-dən artıq döyüşçüsü yaralanıb. Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılması təmin edilib.

Bu, 22 illik atəşkəsdən sonra Azərbaycanın torpaqlarını azad etmək gücünün olduğunu dünyaya sübut etməsi idi. Aprel döyüşü "Biz torpaqlarımızın danışıqlar yolu ilə işğaldan azad edilməsinə razıyıq. Bu baş verməzsə, onu güc yolu ilə də təmizləməyə qadirik" mesajıdır.

Döyüşlər bir daha təsdiqlədi ki, Azərbaycan xalqı torpaqlarının azad edilməsi məsələsində bir mövqedədir. Bu hadisə torpaqların işğal altında qalmayacağının, azad ediləcəyinin göstəricisidir.

Aprel döyüşləri hakimiyyətin torpaqları hərb yolu il azad etmək imkanlarını ortaya qoydu və beynəlxalq ictimaiyyətin ədalətsiz mövqeyini bir daha gün üzünə çıxardı. Azərbaycanın addımını işğalçı Ermənistanının davranışı ilə bir tutaraq onların təcavüzkarı müdafiə etdikləri bir daha sübut olundu. Bu döyüşlər Azərbaycana dostu və düşmənlərini bir daha tanıtdırdı. Aprelin 28-də Azərbaycanıın bolşevik Rusiyası tərəfindən işğalı günü kimi tarixdə qalıb. Bu döyüşlər apreli Azərbaycan üçün qələbənin dadılması ayı kimi xatırladacaq. Aprel döyüşləri xalqın birləşmək gücünü göstərdi, özünəinamı artırdı. Bu hadisə vətən torpaqlarının azad edilməsi uğurunda ölmək istəyənlərin günü kimi də yadda qalacaq. Aprel döyüşləri sübut etdi ki, müstəqillik dövründə doğulanlar Azərbaycan gəncliyi torpaqlarını azad etməyə qadirdir.
Aprel döyüşləri - münaqişənin həlli yolu, Ermənistanda dəyişən hakimiyyət - ŞƏRHAzərbaycan torpaqlarını işğal edənləri, burada Xocalı soyqırımı kimi faciələrin müəlliflərini, milyondan çox insanın öz yurdundan didərgin düşməsinə bais olanları atəşkəs rejimi tətbiq olandan 26 il sonra yeni nəsilə göstərdi.

Həmin hadisələr Qarabağın əsl sahiblərinin kim olduğunu bir daha dünyanın yadına saldı.

Bu hadisə Ermənistan hakimiyyətinin, silahlı dəstələrinin, ictimaiyyətinin iç üzünü açdı. İlk növbədə sübut edildi ki, sponsorları olmadan bu dövlət mövcud ola bilməz. Azərbaycan torpaqlarının işğal altında saxlanmasında Ermənistana yardım edənlər bu döyüşlərdə üzlərini gizlədə bilmədilər. Özündən razı Ermənistan ictimaiyyətinin mahiyyəti üzə çıxdı. Bu döyüşdən sonra ermənilərin oğullarını işğal altında olan Azərbaycan torpaqlarında xidmətə göndərməmək istəyi artıdı. Ermənistanda analar övladlarının Qarabağda hərbi xidmət etməsinə etiraz aksiyaları keçirdi.

Azərbaycan Ordusu aprelin ilk günlərində Ermənistan ordusu barədə yaradılan mifi dağıtdı.

Azərbaycan əsgəri Ermənistan silahlı qüvvələrinin gücsüzlüyünü, işğalçı ölkənin ordusuna rəhbərlik edənlərin oğru, quldur olduğunu üzə çıxardı. Məlum oldu ki Azərbaycan torpaqlarının işğal altında qalmasına başçılıq edənlər konserv oğrularıdır. Bu həm də işğalçı ordunu bəsləyənlərə, rəsmi Yerevanın başını sığallayanlara bir dərs oldu. Məlum oldu ki, Ermənistana ayrılan yardımlar, o cümlədən maliyyə vəsaitləri ölkə rəhbərliyinin, o vaxtkı prezident Serj Sarqsyanın, müdafiə naziri Seyran Ohanyanın və başqalarının şəxsi hesablarına köçürülürmüş. Seyran Ohayan və yüksək rütbəli başqa hərbçilər özlərinə Yerevanda malikanələr tikdirirmiş, xarici banklardakı hesablara köçürürmüş.

Bu baxımdan aprel döyüşləri Ermənistan hakimiyyətinin mahiyyətini də göstərdi.

Bu hadisələrdən bir müddət əvvəl Ermənistan prezidenti Serj Sarqsyan ABŞ və Avropa ölkələrinə səfərdə özünü müstəqil siyasət yürüdən dövlətin başçısı kimi göstərməyə çalışırdı. Ancaq aprel döyüşləri rəsmi Yerevanı yerinə otuzdurdu. Bir daha sübut edildi ki, Ermənistan sponsor qoynunda yaşamağa öyrəşib. Bölgə, dünya üçün heç bir xeyri toxunmayan bu dövlətin parazit olduğu təsdiqləndi.
Aprel döyüşləri - münaqişənin həlli yolu, Ermənistanda dəyişən hakimiyyət - ŞƏRHAprel döyüşlərindən sonra Ermənistan silahlı qüvvələrini yenidən formalaşdırmağa başladılar. Ordunun nizamnamində dəyişiklik edildi. Yerevan Rusiya ilə birlikdə hava hücumundan müdafiə sistemini qurdu. Ermənistan Rusiyanın 102 saylı hərbi bazasına qarşı çıxışları dayandırdı.

Ermənistan silahlı qüvvələrinin Baş Qərargahının Əməliyyat İdarəsinin və Kəşfiyyat İdarəsinin rəisləri vəzifələrindən azad edildilər.

Nəhayət, Aprel döyüşlər Ermənistanda hakimiyyətin devrilməsinə səbəb oldu. Amma hazırkı baş nazir Nikol Paşinyanın başçılıq etdiyi yeni siyasi qüvvənin də Qarabağın işğalı ilə bağlı siyasəti eynidir. Yeni qüvvələr Aprel döyüşündəki məğlubiyyəti aşkar etiraf etmir. Ancaq onların parlamentdə bu hadisə ilə bağlı xüsusi komisiyya yaratması məğlubiyyətin təsdiqidir.

Ötən ilin sonunda Ermənistan parlamenti 2016-cı ilin Aprel döyüşlərinin məğlubiyyət səbəblərini araşdıran müvəqqəti komissiyanın fəaliyyət müddətini bir il uzadılması barədə qərar qəbul olunub. Bunu Ermənistanın hakim "Mənim addımım" parlament fraksiyasının üzvü, qurumun Müdafiə və təhlükəsizlik üzrə daimi komissiyasının başçısı, Aprel döyüşlərini araşdıran komissiyanın sədri Andranik Koçaryan bildirib.

Onun sözlərinə görə, 6 aylıq fəaliyyət müddətində 10 hərbçi dindirilib, 21 iclas keçirilib. Komissiya sədri deyib ki, Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan da daxil olmaqla daha 40 nəfəri dindirmək istəyirlər. "İlk növbədə, biz sualları hazırlamalıyıq. Bundan sonra Serj Sarqsyanı dəvət edəcəyik. O, komissiyaya işin sonunda dəvət ediləcək", - deyə A.Koçaryan vurğulamışdı. Parlamentin araşdırma komissiyasının qərarı hüquqi qüvvəyə malik olacaq.

Aprel döyüşlərindən sonra Ermənistan ordusu, cəmiyyətində yaranan ruh düşkünlüyünü yeni hökumət aradan qaldıra bilmir. Nikol Paşinyanın oğlunu işğalçı kimi Qarabağa hərbi xidmətə göndərməsi, onun həyat yoldaşı Anna Akopyanın "sülhməramlılıq" nümayiş etdirməsi cəhdləri uğursuzluğa düçar olub. Ermənistan əsgər analarının etirazları davam edir

Aprel döyüşləri - münaqişənin həlli yolu, Ermənistanda dəyişən hakimiyyət - ŞƏRHAprelin 2-də Ermənistan prezidenti Armen Sarkisyan, baş nazir Nikol Paşinyan və müdafiə naziri David Tonoyan Aprel döyüşlərində ölmüş işğalçı hərbçilərin xatirəsini Yerevanda yad ediblər. Yadetmə mərasiminə prezidentin baş nazir və müdafiə nazirindən ayrı getməsi də məsələyə münasibətin göstəricisi sayıla bilər.

Beləliklə, Aprel döyüşünün qəhrəmanı olan Azəbaycan hərbçisi bölgədə əsas söz sahibini dünyaya bir daha göstərdi. O, sübut etdi ki, Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməzsə, bu dövlət terrorçuluq və pozuculuq fəaliyyətinə son verməzsə, bölgədə sabitlik yaranmayacaq. Belə vəziyyət isə beynəlxalq hüququ, təhlükəsizliyi daim təhdid edəcək. Aprel döyüşünün qəhrəmanları Azərbaycanın topaqlarını işğaldan azad etməyə qadir olduğunu və münaqişənin həlli yolunu hamıya göstərdi


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1623   Tarix: 02 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930