Xalq artistinin oğlu ABŞ-dan qayıda bilmir

Xalq artistinin oğlu ABŞ-dan qayıda bilmir

Xalq artisti Möhlət Müslümovun oğlu Rüstəm ABŞ-dan qayıda bilmir.
Axşam.az xəbər verir ki, musiqiçi bu haqda "Bizimləsən" verilişində deyib. O bildirib ki, övladı təyyarə olmadığı üçün geri qayıda bilmir:

"Festivala getmişdi. Martın 7-də yola düşdülər. Daha sonra Novruz bayramı ilə bağlı tədbirlərə qatılmalıydılar. Tədbirlər təxirə düşdü, martın 23-də qayıtmaq üçün biletləri var idi. Həm də martın 23-də ən sonuncu uçuş olacaqdı. Amma təxirə salındı. İndi gələ bilmir, orada qalıb. Deyiblər, uçuş olan kimi sizi yollayacağıq".

Rüstəm efirə zəng edərək "Əsas odur ki, salamatçılıqdır. 23-ü qayıtmalıydıq, dedilər 29-u uçuş var. Ancaq o da təxirə salındı. Vizamızın vaxtı 1 ildir, amma 6 ay qala bilərik. Burada ancaq marketlər və apteklər açıqdır. Hazırda menecerimizin evində qalırıq. Azərbaycanlılar burada bizə dəstək olurlar" sözlərini deyib.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2332 Tarix: 02.04.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər