Neft kəmərlərinin mühafizə zolağında "biznes imperiyası" - ARAŞDIRMA

Neft kəmərlərinin mühafizə zolağında "biznes imperiyası" - ARAŞDIRMAHər bir ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında neft-qaz kəmərlərinin mühafizəsinin düzgün və effektiv təşkili ən mühüm amillərdən biri olaraq qiymətləndirilir. Neftlə zəngin ölkələrdə isə bu həm də neft quyularının mühafizəsini özündə ehtiva edir.
Azərbaycanda neft kəmərlərinin mühafizə zonası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq olunmuş "İstismar olunan ixrac neft boru kəmərlərinin "Mühafizə Zonası"nın müəyyənləşdirilməsi Qaydaları" əsasında təyin edilir. Qüvvədə olan normativ-hüquqi aktlara əsasən neft quyuları üçün müəyyən olunmuş mühafizə zonası 75-150 metr, neft kəmərləri üçünsə 25-50 metrdir. Bu normalar neft və qaz kəmərləri, habelə neft quyuları kimi mühüm strateji əhəmiyyətli obyektlərin təhlükəsizliyinin təmin olunması, zəruri hallarda müvafiq təmir-bərpa işlərinin aparılması, ən əsası isə vətəndaşların təhlükəsizliyinin qorunması baxımından həyati əhəmiyyət kəsb edir. Lakin, Azərbaycanın neft kəmərlərinin və neft quyularının mühafizə zolağı bəzi işbazlar üçün sözün əsl mənasında kifayət qədər gəlirli "biznes sahəsi"nə çevrilib.
Bu qənaətə gəlməyə apardığımız detallı araşdırma səbəb oldu.
Belə ki, İsmayılov Niyazi Müzəffər oğlu adlı şəxs özünə fərdi yaşayış evi tikib. Məsələnin problemli tərəfi ondan ibarətdir ki, həmin bu ev Bibiheybət Neft-Qazçıxarma İdarəsinin Salyan Şossesində yerləşən 3 saylı mədəninin ərazisində 3488 saylı quyunun mühafizə zolağında yerləşir və qanunsuz tikilib. Onun və ətrafındakıların təzadlı açıqlamalrından da məlum oldu ki, tikintinin qanunsuz olduğu, neft quyusunun mühafizə zolağında tikildiyinə dair N. İsmayılova hələ tikintiyə başlamazdan öncə dəfələrlə xəbərdarlıq edilsə də, o, bildirişlərin heç birinə məhəl qoymayıb.

Neft kəmərlərinin mühafizə zolağında "biznes imperiyası" - ARAŞDIRMABir az da geniş araşdırdıqda isə müəyyən oldu ki, sən demə N. İsmayılov uzun müddətdir neft və qaz kəmərlərinin mühafizə zolağında fərdi yaşayış evlərini qanunsuz olaraq tikib vətəndaşlara satmaqla məşğuldur. İndiyə qədər o, bir neçə belə fərdi yaşayış evi tikərək satmağa müvəffəq olub. Görünən odur ki, bəzi qurumlar da bu məsələdə ona dəstək olublar: N. İsmayılov bələdiyyə orqanlarından bu torpaqların "özəlləşdirilməsi" ilə bağlı sənəd də ala bilib. Əslində isə bu torpaqların bələdiyyələrə heç bir aidiyyatı yoxdur. Başqa sözlə desək, bələdiyyə qurumları özlərinə məxsus olmayan torpaqları vətəndaşa verib.
Neft kəmərlərinin mühafizə zolağında "biznes imperiyası" - ARAŞDIRMAAraşdırmalar zamanı N. İsmayılovun neft kəmərlərinin mühafizə zolağında tikilərək vətəndaşlara satdığı bir neçə fərdi yaşayış evinin siyahısını və ünvanlarını da əldə etdik. N. İsmayılovun bu qanunsuz "biznesi" son bir neçə ildə "çiçəklənməyə" başlayıb. Ərazini yaxşı tanıyan şəxslərin verdiyi məlumata görə, hələ 2016-cı ildə N. İsmayılov Bibiheybət Neft-Qazçıxarma İdarəsinin 3 saylı mədəninin ərazisində torpaq sahəsini mənimsəyərək, burada fərdi yaşayış evi tikərək satıb.
Elə həmin il eyni ərazidə, bu dəfə Arif İsmayılov küçəsində o daha bir fərdi yaşayış evini tikməyə müvəffəq olub. Görünür, bu dəfə də müvafiq qurumların ona mane olmaq cəhdləri nəticəsiz bitib. Ancaq, nəticədə dövlət qurumları da fakt qarşısında qalıb və artıq inşası başa çatdırılmış evin sökülməsi üçün məhkəmə qərarı olmalıdır.

Neft kəmərlərinin mühafizə zolağında "biznes imperiyası" - ARAŞDIRMACəzasız qaldığını görən N. İsmayılov "biznesini" genişləndirməyə qərar verib. Bu dəfə Yüzbəy Mürsəlov küçəsində "Ləzgilər məhəlləsi" deyilən ərazidə "inşaat işləri"nə başlayıb. Heç bir sənədi olmayan bu fərdi yaşayış evini də qısa müddətdə tikərək satıb.

Neft kəmərlərinin mühafizə zolağında "biznes imperiyası" - ARAŞDIRMAN. İsmayılov şübhəsiz ki, havadarları olmadan bu evləri özbaşına tikə bilməzdi. Məlum olan yalnız odur ki, bu ərazilərdə tikinti işləri aparmaq üçün vətəndaşın əlində heç bir səlahiyyətli orqanın rəsmi icazə sənədi yoxdur. Yalnız bələdiyyə qurumlarının verdiyi və heç bir hüquqi əsası olmayan bir-iki kağız parçasından başqa. Bu məqamı N. İsmayılov kimi, işbazlar da bilməmiş deyil. Məhz elə buna görə də, sözügedən şəxs sonrakı dövrdə də "uğurlu biznesini" genişləndirməyə nail olub.
Neft kəmərlərinin mühafizə zolağında "biznes imperiyası" - ARAŞDIRMANeft kəmərlərinin mühafizə zolağında "biznes imperiyası" - ARAŞDIRMANeft kəmərlərinin mühafizə zolağında "biznes imperiyası" - ARAŞDIRMANeft kəmərlərinin mühafizə zolağında "biznes imperiyası" - ARAŞDIRMANeft kəmərlərinin mühafizə zolağında "biznes imperiyası" - ARAŞDIRMAGörünən odur ki, N. İsmayılov dövlətə məxsus torpaqlarda özünə kiçik də olsa "biznes imperiyası" qurmağa müvəffəq olub. Apardığımız kiçik sorğu nəticəsində məlum oldu ki, onun elə 3488 saylı quyunun 30 metrliyində "Kərimbəyli" marketi, kafe, avtoyuma məntəqəsi və restorandan ibarət obyektlər şəbəkəsi də fəaliyyət göstərir. N.İsmayılovun hətta əvvəllər dəfələrlə məhkum olunduğu da vurğulanır.

Neft kəmərlərinin mühafizə zolağında "biznes imperiyası" - ARAŞDIRMANeft kəmərlərinin mühafizə zolağında "biznes imperiyası" - ARAŞDIRMAMəsələnin ən qəliz və zərərli tərəfi isə ondan ibarətdir ki, neft və qaz kəmərlərinin, eləcə də neft quyularının mühafizə zolağında fərdi yaşayış evinin, yaxud hər hansı iaşə obyektinin tikilməsi bir neçə səbəbdən son dərəcə təhlükəlidir:
- Neft və qaz kəmərlərinin mühafizə zolağında evlərin tikilməsi bu kəmərlərə zəruri hallarda texniki xidmətin göstərilməsi, o cümlədən qəza hallarında operativ müdaxilənin və təmir-bərpa işlərinin aparılmasına ciddi şəkildə maneə yaradır. İstənilən belə qəza halında əraziyə texnikanın daxil olması mümkün olmayacaq. Bu isə yüzlərlə, bəlkə də minlərlə evin, ailənin, istehsalat müəssisələrinin enerjisiz qalması anlamına gəlir.
- Bu cür obyektlərdə baş verə biləcək hər hansı qəza və ya terror hadisəsi zamanı yalnız iqtisadi ziyan dəyməyəcək, bu həm də kifayət qədər ağır nəticələnən faciələrə səbəb ola bilər. Neft və qaz kəmərlərinin 3-5 metrliyində, bəzən isə hətta kəmərlərin üzərində tikilən evlərin bu cür mümkün partlayışlardan zərər çəkməyəcəyinə və insan itkisinin olmayacağına kim zəmanət verə bilər? Əgər belə bir hal yaransa, bunun hüquqi məsuliyyəti bir yana, mənəvi yükünü kim üzərinə götürəcək?
- Neft və qaz kəmərlərinin, neft quyularının yaxınlığında bu cür tikintilərin aparılması ərazidə mühafizənin təşkilinə də ciddi maneə yaradır. Mühafizəyə məsul qurumların əməkdaşları bu cür tikililərin hasarları içərisində qalan obyektləri necə mühafizə edəcəklər? Xüsusilə də nəzərə alsaq ki, bəzi evlər kəmərlərin üzərində tikilib, bəziləri isə neft quyularını öz həyətlərinə qatıb.
- Neft quyularının yaxınlığında məskunlaşmanın insanların sağlamlığına mümkün zərəri haqqında uzun-uzadı danışmağa ehtiyac yoxdur. Mütəxəssislər qeyd edirlər ki, bir çox neft quyularının ətrafında radiasiya fonu normadan 100 dəfələrlə çoxdur. Bu isə beyin şişi, immunitetin zəifləməsi kimi ciddi problemlər yarada bilər. Belə ərazilərdə yaşamaq xüsusilə uşaqlar üçün həddən artıq təhlükəlidir.
Görəsən, Niyazi İsmayılov ard-arda evlər tikib satarkən bütün bu təhlükələri göz önünə alıbmı? Ya onun əsas məqsədi əyri dolanbac yollarla özünə sərvət toplamaqdır?
Son müşahidələrimiz onu göstərir ki, ölkədə elan olunmuş xüsusi karantin rejimində də Niyazi İsmayılov öz əməllərindən çəkinmir və yenə də qeyri-qanuni tikintiyə davam edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2226   Tarix: 02 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

24.04.2024 470
.

"18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ var" - Vəkil

Azərbaycanda silah sıravi vətəndaşlar üçün nə qədər əlçatandır? Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ vardır. Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsin

12:24 415
.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

24.04.2024 1344
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

14:29 435
.

Vüsalənin səhnə geyimi və rəqsi gündəm oldu - VİDEO

Məşhur aparıcı Vüsalə Əlizadənin səhnə geyimi və rəqsi gündəm olub. xəbər verir ki, Vüsalə aparıcı olduğu verilişdə İzzət Bağırovun mahnısının sədaları altında rəqs edib. Görüntülər sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntüləri təqdim edirik:

24.04.2024 1705
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

16:33 0
.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

16:06 95
.

İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı

Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq. -ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açara

10:35 444
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

10:09 306