Koronavirusdan sonra dünyada turizmin aqibəti necə olacaq?

Koronavirusdan sonra dünyada turizmin aqibəti necə olacaq?

Koronavirus pandemiyası turizmin gələcəyinə əhəmiyyətli təsir göstərəcəkdir.

BiG.AZ-ın "Forbes"ə istinadən verdiyi xəbərə görə, bu fikri Amerika Səyahət Assosiasiyasının (U.S. Travel Association) prezidenti Rocer Dou bildirib.

Onun sözlərinə əsasən, ilk növbədə, dünyada səyahət üçün onlayn rezervasiya sahəsində böhran olacaq. Məsələn, hazırda sifariş sayının kəskin azalması səbəbindən "Expedia" şirkəti ciddi itkilər verir.

"İşəgötürənlər işçi heyətini azaltmaq məcburiyyətində qalsa, iş yerlərinin yenidən nə zaman olacağı, ümumiyyətlə, olub-olmayacağı bilinmir", - deyə o vurğulayıb.

Eyni zamanda, mənzil icarəsi üzrə "Airbnb" kimi özəl təşkilatların otellərə nisbətdə vəziyyətdən faydalanacağı gözlənilir, çünki insanlar hələ də ətrafdakılarla məsafə saxlamağı və ayrı evdə yaşamağı üstün biləcəklər.

Bundan əlavə, koronavirus kruiz şirkətlərinin vəziyyətinə də son dərəcə mənfi təsir göstərəcək. Mütəxəssislərin fikrincə, bu, təkcə gəmilərdə infeksiya yayılması riskinin artması ilə yox, həm də tullantı texnologiyası məsələsi ilə bağlıdır.

Həmçinin, koronavirus pandemiyası səbəbindən bütün turistlərin davranışlarında dəyişikliklər olacaq. İnsanlar epidemioloji vəziyyətin sabitləşməsindən sonra yenidən səyahət etməyə davam etsələr də, daha ehtiyatlı olacaqlar.

Natəvan Baxşiyeva


BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 752 Tarix: 02.04.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər